Gəncədə məzun yarmarkası keçirilib
03 iyun 2009 14:00 (UTC +04:00)

Gəncədə məzun yarmarkası keçirilib

Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məzun yarmarkası təşkil olunub. “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkada məzunlara 350-yə yaxın iş təklif olunub. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə məzun və tələbələrə əmək bazarındakı mövcud vəziyyət, respublikanın qərb regionunda olan sahibkarlıq subyektləri və dövlət idarələrinin vakant iş yerləri haqqında məlumat verilib.

Nazirlikdən Lent.az-a bildiriblər ki, yarmarkada Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 90-dək müəssisənin nümayəndələri iştirak ediblər. Təklif olunan iş yerləri üzrə əmək haqqı 250-540 manat arasında dəyişir. Bakıda olduğu kimi, buradakı yarmarkaya gələn gənclər də daha çox bank sahəsində işləməyə üstünlük veriblər.

Xatırladaq ki, ötən həftə Bakıda da belə bir yarmarka təşkil olunmuşdur. Dövlət İqtisad Universitetində təşkil olunan yarmarkada 60-dan çox şirkət məzunlara 600-dək vakant iş yerləri təklif etmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar