21 rayonda məktəblilər imtahan verdi
Bəzi şagirdlər imtahanda mobil telefondan yararlanmaq istəyib
Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonlarının orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilib.
Təhsil Nazirliyinin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri təranə Hacıyeva Lent.az-a bildirib ki, bu gün 21 rayonda keçirilən imtahanlarda 22 mindən çox şagird iştirak edib. Bundan əlavə, həmin rayonlardan olan və ötən il imtahandan kəsilmiş 400-ə qədər məzun da bu gün kəsildikləri fənlərdən imtahan veriblər.
Təranə Hacıyeva bildirib ki, 21 rayonun hamısında imtahanlar problemsiz başa çatıb. İlkin məlumata əsasən, yalnız bir rayonda bəzi şagirdlər imtahanda mobil telefonlardan istifadəyə cəhd ediblər. Bununla bağlı həmin şagirdlərə 3 dəfə xəbərdarlıq edilsə də, onlar bundan nəticə çıxarmayıb. Nəticədə həmin şagirdlər imtahan zalını tərk etməli olublar.
O ki, qaldı imtahanın nəticələrinin nə vaxt elan olunmasına, nazirliyin şöbə müdiri bildirib ki, attestat ballarının hesablanması ölkə üzrə buraxılış imtahanı tam şəkildə başa çatdıqdan, iyunun 16-dan sonraya təsadüf edəcək. Şagirdlərin cavab kartlarının qiymətləndirilməsi isə bu gün və sabah davam edəcək. Onun sözlərinə görə, artıq bəzi rayonlardan şagirdlərin cavab kartları nazirliyə təqdim olunmaqdadır və hazırda qiymətləndirmə başlayıb. Buraxılış imtahanlarının keçirildiyi 21 rayon üzrə yekun qiymətləndirmə yaxın günlərdə tam başa çatdırılacaq və nəticələr hesablandıqca rayonlara göndəriləcək.
Xatırladaq ki, növbəti mərhələdə buraxılış imtahanları iyunun 8-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında keçiriləcək.
Elxan SALAHOV

1284