Lənkəran və Şəkidəki cəzaçəkmə müəssisələrinin tikintisi başa çatır
02 iyun 2009 18:15 (UTC +04:00)

Lənkəran və Şəkidəki cəzaçəkmə müəssisələrinin tikintisi başa çatır

Lənkəran və Şəki şəhərlərində tikilən cəzaçəkmə müəssisələrində inşa işləri başa çatmaq üzrədir. Lent.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov məoumat verib. O bildirib ki, həmin czaçəkmə müəssisələrində istintaq təcridxanaları da olacaq: “Bundan başqa, yaxın vaxtlarda Kürdəmir və Gəncədə də cəzaçəkmə müəssisələrinin inşasına başlanacağı gözlənilir. Artıq həmin müəssisələrlə bağlı smeta sənədləri hazırlanıb, həmin sənədlər təsdiq olunmağa təqdim olunub”.

N.Ələkbərov onu da bildirib ki, YUNESKO Qobustan həbsxanasının yerləşdiyi ərazi ilə bağlı narahatlığını bildirib. Beynəlxalq təşkilat həbsxananın Qobustandakı qoruqdan başqa əraziyə köçürülməsini təklif edib. N.Ələkbərov bu istiqamətdə də işlərin aparıldığını deyib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar