Bayıl İstintaq Təcridxanasında saxlanılanlar bu həftə köçürüləcək
Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslər bu həftənin sonundan etibarən ikinci Zabrat ərazisində yerləşən Bakı İstintaq Təcridxanasına köçürüləcək. Lent.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov məlumat verib. O bildirib ki, 1 saylı İstintaq Təcridxanasında 1200, 3 saylı təcridxanada isə 1050 nəfər saxlanılır. Yenicə istifadəyə verilən Bakı istintaq Təcridxanasında isə 2500 nəfərin saxlanmasına şərait var. “Bakı İstintaq Təcridxanasında həmin şəxslərin köçürülməsi üçün artıqlaması ilə şərait var. Ancaq ümumilikdə son vaxtlarda istintaq təcridxanalarında saxlanılanların sayı artıb. Biz bunun səbəblərinin araşdırılması üçün hüquq-mühafizə orqanları və məhkəmələrlə müzakirələr aparırıq” – deyə, N.Ələkbərov bildirib.
Pərvin ABBASOV
Pərvin ABBASOV
778