Ən savadlı müəllim 9,8 bal toplayıb
Özünü “İlin ən yaxşı müəllimi” hesab edən 217 müəllimdən 95-i yekun turda mübarizə aparır
Təhsil Nazirliyi bu dərs ilinin “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi”nin seçiminə başlayıb. Bu gün 10 müəllimin pedaqoji nailiyyətləri qiymətləndirilib və ən yüksək nəticə göstərən 10 ballıq şkala üzrə 9,8 bal toplayıb.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov dərs ilinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Nazir deyib ki, bu il “İlin ən yaxşı müəllimi” müsabiqəsinə 217 müəllim qatılıb. “İlin ən yaxşı məktəbi”nə isə 105 məktəb iddialı qismində iştirak edib. Nazirin sözlərinə görə, hər iki müsabiqə üç mərhələdən ibarətdir. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin birinci mərhələsində müəllim öz tərcümeyi-halına görə qiymətləndirilir, ikinci mərhələdə onun dərsi dinlənilir və nəhayət, üçüncü mərhələdə müəllim özü Təhsil Nazirliyinə gələrək 23 nəfərdən ibarət münsiflər heyəti qarşısında 10 dəqiqə ərzində hesabat verir.
Misir Mərdanov bildirib ki, hər iki müsabiqə artıq son mərhələdədir. Bu mərhələdə “İlin ən yaxşı məktəbi” adına iddialı təhsil müəssisələrində məktəbin fəaliyyəti ilə yanaşı buraxılış siniflərində imtahanlarının nəticələrinə də diqqət yetirilir. Onun sözlərinə görə, ilk iki turdan sonra 95 müəllim “İlin ən yaxşı müəllimi”, 47 məktəb “İlin ən yaxşı məktəbi” adına iddialıdır. Hazırda müsabiqənin yekun turu üzrə seçimi hər gün 9.00-dan 11.00-dək təhsil Nazirliyinin inzibati binasında aparılır. Bir ay ərzində müsabiqəsinin tam başa çatacağı və yekun nəticələrin prezidentə təqdim olunacağı gözlənilir.
Nazir xatırladıb ki, Naxçıvanda hər iki müsabiqə üzrə seçim Muxtar Respublika tərəfindən müstəqil qaydada aparılır. Bunun üçün Naxçıvana “İlin ən yaxşı müəllimi” üzrə 5, “İlin ən yaxşı məktəbi” üzrə isə 3 yer ayrılıb.
Elxan SALAHOV

2517