Məktəblərdə antikorrupsiya dərsləri keçiriləcək
01 iyun 2009 14:30 (UTC +04:00)

Məktəblərdə antikorrupsiya dərsləri keçiriləcək

İlk dərs Bakıdakı 8 saylı orta məktəbin 10 və 11-ci siniflərində baş tutub

Korrupsiyaya Qarşı Mübarizə Fondu orta məktəblərdə antikorrupsiyaya dair dərslər keçəcək. Bununla bağlı hazırlamış layihə artıq təsdiq olunub və onun icrasına başlanıb.

Fonddan Lent.az-a bildiriblər ki, layihə çərçivəsində şagirdlər nəzəri biliklər əldə etməklə yanaşı, həm də korrupsiya hallarından qaçmaq üçün davranış qaydalarını, ünsiyyət bacarıqlarını öyrənəcəklər. Bu layihənin məqsədi şagirdləri mənəvi-əxlaqi dəyərlər sistemimizi zədələyən korrupsiya fenomeni ilə tanış etmək, azərbaycanlı ailəsi və təhsil müəssisələrində korrupsiyaya qarşı dözülməz münasibəti formalaşdırmaqdan ibarətdir. Bunun üçün hər məktəbdə bir dərs ili ərzində 4 dərs keçiriləcək. Birinci dərs “Korrupsiyanın coğrafiyası”, II dərs “Korrupsiya anlayışı və onun neqativ nəticələri”, III dərs “Qanunlar”, IV dərs “Korrupsiya və mən” mövzularını əhatə edəcək.

Fondda bildirirlər ki, artıq ilk belə dərslər keçirilib. Bakının Nəsimi rayonunun 8 saylı orta məktəbində bir ay ərzində həftədə bir dəfə olmaqla keçirilən həmin dərslərdə 10 və 11-ci sinif şagirdləri iştirak ediblər

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar