Dənizkənarı Milli Parkda uşaqlar üçün konsert olacaq
01 iyun 2009 10:30 (UTC +04:00)

Dənizkənarı Milli Parkda uşaqlar üçün konsert olacaq

Bu gün bulvarda uşaqlar üçün bayram konserti və əyləncəli yarışlar keçiriləcək

1 iyun – Uşaqların Müdafiə Günü ilə bağlı bu gün Milli Parkda musiqi-əyləncəli tədöir keçiriləcək. Saat 16.00-da başlayacaq bayram tədbiri 2 saat davam edəcək. Tədbirin təşkilatçıları isə Gənclər və İdman Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunduğunda Uşaqların Beynəlxalq Müdafiə gününün təntənəli qeyd olunması üçün xüsusi tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, bu gün Milli Parkda keçiriləcək musiqili-əyləncəli tədbirə qatılan uşaqlar “Uşaq aləminə səyahət” devizi altında qeyri-adi uşaq bayramında iştirak edəcəklər. Tədbir çərçivəsində tamaşaçılar istedadlı uşaqların, rəssamların, yaradıcı kollektivlərin, eləcə də idmançıların iştirakı ilə maraqlı əyləncəli-idman proqramlarını, teatr səhnəciklərini izləyəcəklər. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli yarışlar da təşkil olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar