Yaz sessiyasında sonuncu qanun qəbul edildi
29 may 2009 17:15 (UTC +04:00)

Yaz sessiyasında sonuncu qanun qəbul edildi

Milli Məclisin bugünkü iclasında “Bələdiyyələrin birləşdirilməsi haqqında” qanun qəbul edilib. Bu qanunla Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyənin sayı 1766-dək azaldılacaq.

Bu barədə Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü Vahid Əhmədov Lent.az-a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bununla da Milli Məclis yaz sessiyasının başa çatdığını elan edib. Spiker Oqtay Əsədovun bu xəbərdarlığından sonra dövlət himni səsləndirilib.

Bununla belə, Vahid Əhmədov yaz sessiyasının gündəliyinə daxil edilmiş bir sıra qanunların qəbul edilmədiyini xatırladıb. O, qeyd edir ki, məhz həmin qanunların müzakirəsi ilə əlaqədar Milli Məclisdə növbədənkənar iclasların olacağı istisna edilmir.

Xatırladaq ki, bu sessiyada qəbul edilməmiş ən vacib qanunlar arasında “2009-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklər barədə”, “Təhsil haqqında” qanun layihələri də var.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar