“Azərbaycanda ictimai sektor: Şuraya qədərki və sonrakı vəziyyət” mövzusunda ictimai müzakirə keçirilib
29 may 2009 15:30 (UTC +04:00)

“Azərbaycanda ictimai sektor: Şuraya qədərki və sonrakı vəziyyət” mövzusunda ictimai müzakirə keçirilib

Tərəflər debata rəqib kimi gəlib, dost kimi ayrıldılar

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı “Azərbaycanda ictimai sektor: Şuraya qədərki və sonrakı vəziyyət” mövzusunda ictimai müzakirə keçirilib. Lent.az-ın məlumatına görə, müzakirədə tərəf olaraq İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov və QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov çıxış ediblər.

Müzakirəni hazırlamış “Media Hüquqları Mərkəzi” İctimai Birliyinin sədri Mətanət Müslümqızının dəvəti ilə tədbirdə ölkənin bir sıra KİV nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.
Müzakirələrdə ölkənin ictimai sektorunun inkişaf dinamikası ötən əsrin 90-cı illərindən bəri şərh edilərək, Azərbaycan QHT-lərinin keçdiyi çətin yola diqqət yetirilib. Müzakirələrdə Şuranın keçirdiyi maliyyə müsabiqələrinin nəticələri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.
Sualları cavablandıran debat tərəfləri Sabit Bağırov və Fərasət Qurbanov debatın qaydalarına uyğun olaraq, sonda bir-birinin əlini sıxaraq ayrılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar