Xarici ölkələrin təhsil müəssisələrinə müddətli lisenziya veriləcək
“Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə bir neçə ciddi dəyişikliklə çıxarılacaq.
Sənəddə edilən dəyişikliklər haqqında APA-ya Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Komitə sədri deyib ki, qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə qəbul edildikdən sonra Təhsil, Səhiyyə, Maliyyə və Ədliyyə nazirliklərindən, o cümlədən deputatlar tərəfindən bir sıra dəyərli təkliflər alıblar. Onun sözlərinə görə, bu təkliflərdən bir hissəsi redaktə xarakterli olsa da, bir hissəsi ciddi məzmun dəyişikliyi ilə nəticələnib:
“Qanun layihəsində bütün təhsil müəssisələrinə lisenziyaların müddətsiz verilməsi əksini tapmışdı. Sonra biz fikirləşdik ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin və onların filiallarının lisenziyalarının konkret müddəti olmalıdır. Bu lisenziyaların orta təhsil müəssisələrinə 3, ali təhsil müəssisələri isə 4 il müddətinə verilməsi nəzərdə tutulub. Biz diqqətdə saxlamalıyıq ki, həmin təhsil müəssisələri Azərbaycan standartlarına və qanunlarına uyğun şəkildə kadr hazırlayırlar, ya yox. Təhsil strateji sahədir. Ölkəyə təhsil pərdəsi altında müəyyən ideoloji təbliğat forması gətirilə bilər. Bunun qarşısı alınmalıdır. Lisenziya müddəti bitəndə həmin təhsil müəssisələrinin nə işlə məşğul olduğu yoxlanmalıdır”.
Ş. Hacıyev “Təhsil haqqında” qanunun qəbul olunmasının özəl təhsil müəssisələrinin maraqlarına cavab vermədiyi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “Yeni qanun istər özəl, istərsə də dövlət təhsil müəssisələrinin fəaliyyətlərinin hüquqi müstəvidə qurulmasına tam real şərait yaradır. Bəzi özəl müəssisələr təhsili biznesə çevirmək istəyirlərsə, bu qanun ona yol verməyəcək. Qanunda dəqiq şəkildə müəyyənləşdirilib ki, özəl təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu dövlət təhsil müəssisələri üçün nəzərdə tutulan normativlərdən aşağı ola bilməz, hətta yuxarı olmalıdır. Yəni gedib haradasa bina icarəyə götürüb, onun birinci mərtəbəsində və yaxud zirzəmisində institut açmaq olmaz. Bunlar o deməkdir ki, təhsil müəssisində kadr hazırlanmalıdır”.
Komitə sədri qanunun qəbul olunmasına hansısa qüvvələrin mane olması fikri ilə də razılaşmayıb: “İndiyə kimi bu qanuna mane olan qüvvə görməmişəm. Bəlkə də kiminsə ürəyində nəsə var, ancaq bütün bunlar boş söhbətlərdir”.
Onun sözlərinə görə, qanun layihəsi üçüncü oxunuşa tam hazırdır: “Güman edirəm ki, layihə yaz sessiyasının müddəti uzadılandan sonra, yəni iyunda müzakirəyə çıxarılacaq. Axırıncı oxunuş olduğuna görə qanunun müzakirəsinə ayrıca bir iclas günü sərf olunmalıdır. Milli Məclisin rəhbərliyi də layihənin müzakirəsinə bir gün vaxt ayrılmasını məqsədəuyğun hesab edir. Artıq “Təhsil haqında” qanun layihəsi tam rəndələnib”.

Oxşar yazılar

İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43
Sabah 24 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - PROQNOZ
1 mart 2025 , 12:41