Şəkidə güclü qasırğa
Güclü külək leysanla müşayiət edilib
Ötən gecə Şəkidə güclü qasırğa olub. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, güclü külək leysan yağışı ilə müşahidə olunub.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov APA-ya açıqlamasında bildirib ki, baş verən qasırğa və iki saat ərzində yağan leysan nəticəsində rayonun elektrik təchizatına ciddi ziyan dəyib. Rayon ərazisində elektrik naqilləri qırılıb, bir sıra yerlərdə elektrik dirəkləri aşıb.
Şəki şəhərinin içməli su təchizatı demək olar ki, tamamilə sıradan çıxıb. Buna şəhəri içməli su ilə təmin edən su borularının içinə daş və çınqılın dolması səbəb olub. Hazırda rayonun müvafiq idarə və təşkilatları baş vermiş qasırğa və leysan yağışın fəsadlarını aradan qaldırılması istiqamətində bərpa işləri aparır.
V. Ələkbərovun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra qasırğa və leysan nəticəsində rayona dəymiş maddi ziyanın miqdarını dəqiq hesablamaq mümkün olacaq.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 iyun 2025 , 08:17
Məşhur restoranda hamilə qadını ağrı içində işlədiblər-VİDEO
5 iyun 2025 , 00:24
Daha bir həkim əməliyyatdan VİDEO PAYLAŞDI: "Məmələr baş qaldırmış" - YENİLƏNİB
5 iyun 2025 , 00:06
Beş BÜRCƏ xəbərdarlıq: bu gün çətin problemlərlə üzləşə bilərsiniz
5 iyun 2025 , 00:02
Sabah qırmızı səviyyəli maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
4 iyun 2025 , 21:48
Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO
4 iyun 2025 , 20:28
Keçmiş prezident parkda bələdçi işləyir
4 iyun 2025 , 19:20