“İlahiyyət fakültəsi” camesində cümə namazı sonuncu olmadı
Bu gün Bakıdakı “İlahiyyət fakültəsi” camesində cümə namazı qılınıb. Lent.az-ın müxbiri xəbər verir ki, məscidə yüzlərlə dindar gəlib. Məscidin içərisində yer olmadığından insanların yarıdan çoxu həyətdə namaz qılıb. Hətta məscidin həyəti də dolub. Məscidin qapısına dindarlara cümə günləri başqa məscidlərə getməklə bağlı tövsiyyə xarakterli yazı asılıb: “Cümə günü məscidimizdə izdiham yaşanır. İmkanı olan qardaşlarımızın cümə günü digər məscidlərə yönlənməsi bu problemi həll edəcək”.
Başqa bir yazıda isə konkret məscidlərin adları göstərilərək sıxlıq olmaması üçün Ceyranbatan, Qaraçuxur və Mehdiabaddakı məscidlərə getmək xahiş olunub.
Məsciddə namaz qılanlar arasında azərbaycanlılar çoxluq təşkil edib, lakin burada Türkiyə, hətta digər bəzi xarici ölkələrin də vətəndaşları namaz qılıb.
Məsciddə digər inanclı insanlarla yanaşı cəmiyyət arasında vəhabi (sələfi) kimi tanınan şəxslər də gəlib.
Namazdan əvvəl məscidin imamı İbrahim Memiş cümə moizəsini oxuyub, daha sonra cümə namazı qılınıb.
Ətrafda polis işçiləri də olub.
İ.Memiş Lent.az-ın əməkdaşı ilə söhbətində məscidin bağlanmayacağını bir daha vurğulayıb.
Polis işçilərinə gəlincə, İ.Memiş hər cümə burada hüquq-mühafizə orqanlarının olduğunu və bunu normal hal saydığını bildirib: “Onlar təhlükəsizliyi təmin edir”.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilmiş “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz zamanı elan edib. O, məscidin konkret olaraq bu gün - mayın 22-də cümə namazdan sonra fəaliyyətinin dayandırılacağını bildirmişdi. Bu barədə məlumatı ilk olaraq Lent.az yayıb.
Lakin Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub.
1996-cı ildən fəaliyyət göstərən məscid Türkiyənin Diyanet işləri Vəqfi tərəfindən inşa edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
5 iyun 2025 , 08:17
Məşhur restoranda hamilə qadını ağrı içində işlədiblər-VİDEO
5 iyun 2025 , 00:24
Daha bir həkim əməliyyatdan VİDEO PAYLAŞDI: "Məmələr baş qaldırmış" - YENİLƏNİB
5 iyun 2025 , 00:06
Beş BÜRCƏ xəbərdarlıq: bu gün çətin problemlərlə üzləşə bilərsiniz
5 iyun 2025 , 00:02
Sabah qırmızı səviyyəli maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
4 iyun 2025 , 21:48
Beyləqan sakinləri avtobus üzünə həsrət qalıblar -VİDEO
4 iyun 2025 , 20:28
Keçmiş prezident parkda bələdçi işləyir
4 iyun 2025 , 19:20