1001 bələdiyyə ixtisara salınır
22 may 2009 10:30 (UTC +04:00)

1001 bələdiyyə ixtisara salınır

Kiçik bələdiyyələrin birləşdirilməsi barədə qanun layihəsi parlamentə təqdim olunub

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı Prezident Administrasiyasında Milli məclisə iki qanun layihəsi daxil olub. Bunlarda biri “Bəzi bələdiyyələrin birləşməsi haqqında”, digəri isə ““Bələdiyyə əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər haqqında” qanun layihəsidir.

Bu barədə Lent.az-a İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) sədr müavini Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, birinci qanun layihəsi 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin yeni təşkil olunmuş bələdiyyə ərazilərində təşkil edilməsini nəzərdə tutur.

Rövşən Ağayev deyir ki, qanun layihəsində bələdiyyələrin sayının azaldılması da əksini tapıb. Belə ki, layihəyə əsasən, hazırda mövcud olan 2757 bələdiyyədən 1001-in ixtisara salınması nəzərdə tutulur. Füzuli rayonunda yaradılmış yeni yaşayış məntəqələrində isə 2 əlavə bələdiyyə yaradılacaq. Bu isə o deməkdir ki, gələn ildən Azərbaycanda 1756 bələdiyyə mövcud olacaq.

İctimai Birliyin sədr müavini qeyd edib ki, kiçik bələdiyyələrin birləşdirilməsi daha çox ucqar dağ rayonlarında olacaq. Məsələn, Masallı və Yardımlı rayonlarında təxminən 70 bələdiyyə ixtisara düşəcək. Digər rayonlarda isə orta hesabla 3-4 bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda kiçik bələdiyyələrin birləşdirilməsi təklifi ilə ilk dəfə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi çıxış edib. Bu qurum bələdiyyələrin birləşməsi mexanizmi barədə hazırladığı sənədi hələ ötən il müvafiq dövlət orqanlarına təqdim etmişdi.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1270

Oxşar yazılar