Buraxılış siniflərdə imtahanların vaxtı dəqiqləşdi
Bu il bütün orta məktəblərdə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
Təhsil Nazirliyi Naxçıvan muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün ümumtəhsil məktəblərində, peşə liseylərində mərkəzləşdirilmiş qaydada keçiriləcək imtahanların vaxtını müəyyənləşdirib. Qaydalara görə ötən dərs illərində buraxılış imtahanlarında “qeyri-kafi” qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən şəxslər də bu imtahanlarda iştirak edəcək.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri “Ana dili” və “Riyaziyyat”dan, XI sinif şagirdləri isə “Ana dili”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Xarici dil” fənlərindən buraxılış imtahanları verəcəklər. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq ediləcək.
Bütün məktəblərdə orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 saat vaxt bu qrafik əsasında keçiriləcək:
3 iyun -Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları;
8 iyun - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları;
12 iyun - Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları;
16 iyun - Bakı və Sumqayıt şəhərləri.
Əsas təhsil kursu üzrə buraxılış imtahanları isə 3 saat ərzində iyunun 5-də, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə iyun 23-də saat 10.00-da Bakıdakı 202 saylı məktəbdə keçiriləcək.
Xatırladaq ki, peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanlarının vaxtı aprelin 24-ə keçirilib.
Elxan SALAHOV

Oxşar yazılar

Üzü günəşə doğru - İnternat hekayələri - I HİSSƏ-VİDEO
10 aprel 2025 , 21:23
Taksi sürücülərinə 10 saatdan artıq işləmək qadağan edilməlidir - HÜQUQŞÜNAS
10 aprel 2025 , 20:23
Bu məşhur corablar ayaqlara çox ZƏRƏR VERİR
10 aprel 2025 , 19:06
Leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
10 aprel 2025 , 18:17
Sabah Zaqatalanın bu kəndinin qazı kəsiləcək
10 aprel 2025 , 17:42
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
10 aprel 2025 , 17:29
Yuxusuzluq insanları qocaldır - TƏDQİQAT
10 aprel 2025 , 16:05