Mətbuat Şurası kütləvi qətlin mətbuatda işıqlandırılmasına dair monitorinq aparıb
Bu gün Azərbaycan Mətbuat Şurasında ekstremal situasiyalarda jurnalistlərin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə aprelin ayının 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciənin aparıcı media vasitələrində işıqlandırılmasına dair hesabat təqdim olunub. Hesabat 30 aprel -15 may 2009-cu il tarixlərində ölkənin qəzet, informasiya agentlikləri və xəbər portallarında hadisəyə həsr olunmuş materiallar əsasında hazırlanıb.
Bu müddətdə mətbu nəşrlərdə hadisə ilə bağlı 859 material dərc olunub. Onlardan 725-i xəbərdir.
Qəzetlərdə faciə ilə bağlı çəkilən foto şəkillərdən 134-ü 904 dəfə dərc olunub. 859 materialın 744-də fotolu təqdimat yer alıb. Əsasən qanlı təsvirlərin dərcinə üstünlük verilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün bunları nəzərə alaraq, Azərbaycanda yazılı KİV-in hadisəyə kifayət qədər diqqət yetirmədiyini deyib. O bildirib ki, KİV-in hadisənin işıqlandırılmasında göstərdikləri diqqət aşkar qeyri-peşəkarlıq meylləri ilə müşayiət olunub. Müvafiq orqanların ilk mənbə rolunda çıxış etmələri rolunda işlərin yaxşılaşdırılması üçün əlavə tədbirlərə ehtiyac var.
Kimyə Rüstəmova

778