“Mən nəyi bilirəm?”
18 may 2009 17:10 (UTC +04:00)

“Mən nəyi bilirəm?”

Müsabiqə başa çatdı

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dili fakültəsində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Que Sais-je” (“Mən nəyi bilirəm”) mövzusunda müsabiqə başa çatıb. ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə ADU-nun Fransız dili fakültəsinin dekanı filologiya elmlər namizədi, dosent Sevda Vahabova, Elmi işlər və beynəlxalq əlaqələr üzrə dekan müavini dosent Gülnarə Sadıqova, Tədris işləri üzrə müavin Rəfiqə Mürşüdova, Fransız dilinin nitq praktikası kafedrasının müəllimi Deni Menie, Fransa ölkəşünaslıq kafedrasının müəllimi Alik Hənifəyev və Fransız dili fakültəsinin müəllim-tələbə heyəti iştirak edib.
Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının və dosent Gülnarə Sadıxovanın təşkilatçılığı ilə keçirilən müsabiqədə fakültə tələbələrindən ibarət 6 – Liberte (Azadlıq), Mirakl (Möcüzə), Archange (Baş mələk), Louvre (Luvr muzeyi), Anges (Mələk), Le Fantöme (Kabus) adlı komandalar yarışırdılar. Qalib tələbələr Fransanın Azərbaycandakı səfirliyindən ADU-ya hədiyyə olunan 10 ədəd “Le Rober” - İzahlı lüğəti ilə mükafatlandırılıblar.
Müsabiqənin məqsədi Fransanın sivilizasiyası, mədəniyyəti haqqında tələbələrin hansı biliklərə malik olduqlarını öyrənmək və onların gələcəkdə keçiriləcək universitetlərarası müsabiqələrdə iştiraklarını təmin etmək olub. İntellektual yarışmada Fransanın mədəniyyətini, incəsənətini, siyasi mühitini əks etdirən suallardan istifadə olunub.
Qeyd edək ki, intellektual yarışmada Mirakl komandası savadlarını yüksək səviyyədə nümayiş etdirərək Fransanın Universitetə hədiyyə etdiyi “Le Rober” İzahlı lüğətə sahib oldular.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1606

Oxşar yazılar