Nazir müavini: “Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndiriləcək”
16 may 2009 17:00 (UTC +04:00)

Nazir müavini: “Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndiriləcək”

Bu istiqamətində lazımı tədbirlər həyata keçirilir
Respublikanın istər orta, istərsə də ali təhsil müəssisələrində mühafizənin təşkili diqqət mərkəzindədir. Bu barədə Gəncədə səfərdə olan təhsil nazirinin müavini İradə Hüseynova bildirib. “Neft Akademiyasında baş verən hadisə hamımızı kədərləndirdi. Xüsusən də bu hadisədən sonra təhsil müəssisələrində təhlükəsizliyin təminatı istiqamətində lazımı tədbirlər həyata keçirilir. Mühafizənin daha da gücləndirilməsi məsələsi tədricən həllini tapacaq” - deyə, İradə Hüseynova əlavə edib.
Vüsalə Cənnətova
# 1022

Oxşar yazılar