Prezident “Təhlükəsiz şəhər” sisteminə 6 milyon manat ayırdı
Mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sistemi daxilində elektron müşahidə vasitələri ilə dövlət əhəmiyyətli binaların, əhalinin kütləvi toplantı yerlərinin, küçə və meydanların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, sosial və nəqliyyat infrastrukturlarına aid obyektlərin və ərazilərin tam əhatə olunmasını təmin etmək, bütövlükdə ictimai təhlükəsizliyə nəzarəti daha da gücləndirmək məqsədi ilə sərəncamda aşağıdakılar qərara alınıb:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 6 (altı) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

1156