Goranboyda yeni istirahət və müalicə mərkəzi istifadəyə verilib
Müəssisdə 30 nəfər işlə təmin olunub
Bu gün Goranboyun Qasımbəyli kəndində yeni istirahət və müalicə mərkəzi istifadəyə verilib. Ötən ildən tikintisi davam edən müəssisənin açılış mərasiminə rayon icra hakimiyyətinin başçısı Elşən Abasov və digər səlahiyyətli şəxslər qatılıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, 1 hektar ərazidə yerləşən, 300 yerlik, 3 mərtəbəli, 1 əsas, 2 əlavə korpusdan ibarət müalicə müəssisəsinə baxış keçirilib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, 30 nəfər işçisi olan istirahət və müalicə mərkəzində Naftalan nefti ilə və 12 adda fizioterapiya müalicəsi nəzərdə tutulur. Ay ərzində 600 nəfər xəstə qəbul etmək imkanına malik müəssisədə işçilərinin sayının 80-ə çatdırılması da nəzərdə tutulur.
Vüsalə Cənnətova

Oxşar yazılar

Azərbaycanda yeni yayılan virusdan necə qorunaq? - Nazirlikdən CAVAB
3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU
3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi kurslara başladı
3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ
3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski
3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq
3 iyun 2025 , 09:09