94 yaşlı akademikin dramatik həyat hekayəti – MÜSAHİBƏ
“Gəlib Heydər Əliyevə dedim ki, işləmək istəmirəm, bu qədər mənim üçün kifayətdir”
...Ondan müsahibə götürmək barədə qərara Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun müsahibəsindən sonra gəldik. Kərimov APA-ya müsahibəsində Akademiyanın ən yaşlı üzvünün 96 yaşında olduğunu demişdi. Biz həmin “96 yaşlı” akademiki axtarıb tapdıq. Məlum oldu ki, İsmayıl İbrahimovun 96 yox, əslində 94 yaşı var. Yəni, AMEA prezidenti ikicə illik balaca bir xətaya yol veribmiş. Nə isə, akademiklə zəngləşib müsahibə üçün sədri olduğu Azərbaycan Uşaq Fondunun ofisinə yollandıq.
Beləliklə, Lent.az-a danışdıqları ilə tanış olmazdan əvvəl 94 yaşlı akademikimizin zəngin tərcümeyi-halı ilə tanış olun.
Dosye: İsmayıl Əli oğlu İbrahimov. 1915-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 2 yaşından atasız böyüyüb. Əmək fəaliyyətinə 1930-cu ildə N.Nərimanov adına texnikumda təhsil alarkən laborantlıqdan başlayıb, 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu nəzarət-ölçü cihazları ixtisası üzrə bitirərək, “Azenerqo” Birliyində böyük mühəndis vəzifəsində işləyib. İkinci Dünya müharibəsi illərində elektrotexnika – rabitə və hərbi akademiyada təhsil alıb, eyni zamanda 1941-45-ci illərdə müharibədə iştirak edib (müharibə bitəndən 1 il sonra ordudan tərxis olunub). 1946-97-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş laborant, assisent, baş müəllim, dosent, professor, kafedra müdiri, partiya komitəsinin katibi, rektor (1960-1970 və 1978-1988), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1970-78), Neft və Kimya İnstitutunda elmi məsləhətçi (1988-97) vəzifələrində çalışıb. 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində müxbir və həqiqi üzv, 1997-ci ildən isə AMEA-nın Ə.Hüseynov adına Kibernetika İnstitutunda elmi müşavir, İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərir.
1962-88-ci illərdə İttifaq nazirliyinin elmi-metodik Şurasının sədri, əmək fəaliyyəti dövründə Azərbaycan SSR yerli sovetlərinin (1950-60), Azərbaycan SSR Ali Sovetinin (1960-70; 1980-90), SSRİ Ali Sovetinin (1970-80) deputatı, Azərbaycan şəhər və rayon partiya komitələrinin üzvü (1952-71), Azərbaycan KP MK-nın (1971-90), bürosunun (1971-78) üzvü, partiyanın respublika qurultaylarının nümayəndəsi olub. SSRİ-nin Fəxri neftçisi, SSRİ Qaz Sənayesinin fəxri işçisi, Respublikanın Əməkdar Elm xadimi, 2 Lenin, Oktyabr inqilabı, 3 Qırmızı Əmək bayrağı, 3 Böyük Vətən müharibəsi, Qırmızı Ulduz, Almaniya Respublikasının ordenlərinə, İgidlik və başqa medallara, fəxri fərmanlara layiq görülüb.
1988-ci ildən Sovet Uşaq Fondunun Azərbaycan şöbəsinin, 1991-ci ildən isə Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının mükafatlarının laureatıdır.
Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsüdür. Ailəlidir, 2 oğlu, 1 qızı, 5 nəvəsi və 4 nəticəsi var.
- Mənim anamın heç kəsi olmadığı üçün 9 yaşında ərə veriblər. Onun da 14 yaşında birinci övladı dünyaya gəlib, ümumilikdə 8 uşağı olub, 6-sı vəfat edib. Mən səkkizinci uşaq olmuşam. Bir də anamın birinci uşağı sağ qalıb. Bizi anamız böyüdüb. Anam ömrünün axırına qədər savadsız olub, 1960-cı ildə vəfat edib. Savadsız olmasına baxmayaraq, anamız bizi tərbiyə edib, dərzilik edərək bizi boya-başa çatdırıb. Hər ikimiz ali təhsil almışıq. Məndən 10 yaş böyük olan qardaşım elmlər doktoru, professor dərəcəsinə qədər qalxmışdı, 20 il əvvəl vəfat edib.
Məni indi hökumət yaşadır. Dövlət mənə üç istiqamətdə ödəniş verir. Elə bunun özü maraqlıdır. Buradan (Azərbaycan Uşaq Fondu nəzərdə tutulur – P.A.) əməkhaqqı almıram. Dövlət mənə 1000 manat akademik kimi verir. İkincisi, dövlət işçisi kimi təqaüd verir. Üçüncüsü də 2005-ci il 15 noyabrda – həmin il 90 illiyim idi – möhtərəm prezidentimizin imzaladığı sərəncama əsasən Azərbaycan prezidentinin fərdi təqaüdünü alıram.
- Ən böyük elmi nailiyyətiniz hansıdır?
- 10 il indiki Azərbaycan Dövlət Neft Akademiyasına rektorluq edəndən sonra həmin illərdə respublikaya rəhbərlik edən rəhmətlik Heydər Əliyev mənə Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini təklif etdi. Mən bu təklifi qəbul etdim, nəticədə 8 il Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində işlədim. Sonra isə gəlib Heydər Əliyevə dedim ki, işləmək istəmirəm, bu qədər mənim üçün kifayətdir. 1978-ci ildə yenə həmin instituta qayıdıb, rektorluğa davam etdim. Rektorluq müddətində 34332 mühəndisin diplomuna qol çəkmişəm. Mənim dövrümdə yüzlərlə elmlər doktoru, minlərlə namizəd yetişdirilib. Həm təhsillə məşğul olmuşam, həm dərs demişəm. İkinci tərəfdən də təhsilin və elmin təşkilatçısı olmuşam. Bir də onu deyim ki, elm inkişaf etdikcə mən də elmlə paralel inkişaf etmişəm. Yəni hər dövrün öz vaxtlarına uyğun olaraq dərsliklər yazmışam.
- İndiki elmlə nə qədər ayaqlaşa bilirsiniz?
- İndi informatika əsridir, informasiya texnologiyaları ilə məşğul oluruq. Bunun üçün AMEA-da Əlaqələndirmə Şurası yaradılıb. Hazırda mən Kibernetika, İnformasiya Texnologiyaları və Texnika üzrə Problemlər Şurasının sədriyəm. Problem şuraları yaransa da, Əsasnaməsi yox idi. Məni Əsasnamə yazmaq üçün müvafiq komissiyanın sədri təyin etdilər. Mən Əsasnaməni yazıb təqdim etdim, artıq təsdiqlənib. İndi bütün problem şuraları bu Əsasnaməyə əsasən işləyirlər. Söhbət “AMEA-nın bölmələri nəzdində elmin istiqamətləri üzrə problem şuraları haqqında” Əsasnamədən gedir. Orada biz təklif də vermişik ki, Azərbaycan elminin özünü idarə etmək lazımdır. Bunun üçün biz bir proqram da hazırlamışıq: “Elektron elm”. Hazırda bu proqramın rəhbəri AMEA-nın prezidenti Mahmud Kərimovdur. Bu proqrama əsasən bütün Azərbaycan elmi elektron maşınlarla idarə olunacaq.
Bundan başqa, biz hazırda Kibernetika İnstitutunda “Neft Sənayesində İnformatika Texnologiyalarının prinsipləri haqqında” iş aparırıq.
- Söhbətin əvvəlində həyatınızla bağlı qısa arayış verdiniz. Ümumilikdə həyatınızın ağır illəri hansı yaş dövrünə təsadüf edib?
- Uşaqlıq illəri çətin keçib. Ancaq nə gizlədim, sovet illərində mən çətinlik görməmişəm.
- Bəs müharibə illərində?
- Müharibə illəri çətin deyil, bu, sadəcə müharibədir. Müharibənin xüsusiyyətləri var ki, o da bir yaşam dövrüdür, illəridir.
- Hərbi xidmətinizi hansı qoşun növündə keçmisiniz?
- Rabitəçi olmuşam.
- Yəni əlinizə silah alıb vuruşmamısınız...
- Yox. Mənim diplomumda da yazılıb ki, nəzarət ölçü cihazları üzrə mütəxəssisəm.
- Həyatınızda ən maraqlı hadisə hansı olub?
- (xeyli düşünür) Bilirsiniz, bütün həyat maraqlıdır. (yenə düşünür) Bu suala cavab vermək çətindir.
- AMEA prezidentləri arasında ən yadınızda qalan hansı olub?
- AMEA prezidentlərinin hərəsinin öz yeri var. Onların heç biri təsadüfi adamlar deyil. AMEA prezidentlərini bir-birilə müqayisə etmək düzgün deyil. Mən AMEA-nın birinci prezidentilə həmin şəxs prezident seçiləndən bir ay sonra tanış olmuşam. Bu, 1945-ci ildə baş verib. Soruşurdunuz ki, həyatınızda ən maraqlı hadisə hansı olub. İndi danışacağım ən maraqlı hadisələrdən biridir. Həmin vaxt mən cəbhədəydim. Bizim alayımız azərbaycanlılardan ibarət idi. 77-ci alay həm də birinci Azərbaycan alayı idi. Bu, 1920-ci ilin oktyabr ayında yaranıb. Hə, cəbhədə olarkən teleqram aldıq ki, Azərbaycanda Sovet hakimiyyətinin 25 illiyi münasibətilə tədbir keçiriləcək. Teleqramda xahiş olunurdu ki, 25 illik tədbir münasibətilə nümayəndə heyəti göndərilsin. Teleqramı o vaxt Azərbaycana rəhbərlik edən Mircəfər Bağırov, Mərkəzi Komitənin katibi və daha bir neçə yüksək ranqlı məmurlar imzalamışdı. Alayın komandiri məni yanına çağırdı, bu barədə məlumat verdi. Sonra da təklif etdi ki, özümlə 4-5 nəfər azərbaycanlı hərbçi götürərək nümayəndə heyətinin sədri kimi Bakıya – yubiley tədbirinə gedim. Mən də 4 nəfər azərbaycanlı əsgər tapdım, tədbirə getdik. Həmin vaxt Bakıda elə bir tədbir düzənlənmişdi ki, mən hələ elə təntənə görməmişəm – nə Moskvada, nə də başqa yerdə. Bizi burada 3 nəfər ictimai xadim qəbul etdi. İlk olaraq AMEA-nın prezidenti Mir Əsədulla Mirqasımov qəbul etdi. Hansı ki, həmin vaxt AMEA-nın yaranmasından cəmi bir ay keçirdi. Belə ki, AMEA 1945-ci ilin mart ayında yaranmışdı.
Mir Əsədulla Mirqasımov bizi öz iş otağında qəbul etdi. Otaqda oturarkən onun telefonlarından birinə zəng gəldi. Sonradan bildim ki, bu, hökumət telefonu imiş. Dəstəyin o başında bizə məlum olmayan adam nə isə deyir, Mir Əsədulla müəllim isə cavab verirdi ki, “mən bunu edə bilmərəm, bu qanunsuzdur. Bu cür qanunsuz şeyi etmək mümkün deyil”. Axırda isə dedi ki, “yoldaş Bağırov, mən bunu eləyə bilmərəm”. Onda dəstəyin o biri başındakı şəxsin Mircəfər Bağırov olduğunu bildik. Ancaq biz Bağırovun tapşırığının nə olduğunu bilmədik. AMEA-nın birinci prezidenti hafizəmdə bu cür qaldı. O, Kommunist Partiyasının üzvü də deyildi. Ondan sonra gələnlərin hamısı partiya üzvü idi.
- İndiki Azərbaycan Dövlət Neft Akademiyasında 20 il rektor olmusunuz. Tələbələri ali məktəbdən qovulması barədə əmrləriniz də olub yəqin...
- Mən bəzən tələbələri əmr verərək institutdan çıxarmışam. Bu, institut binasında papiros çəkməyə görə olub. Ancaq sonucda, həmin tələbələrdən bir nəfəri də olsun institutu bitirməyən olmayıb. Yəni, mən tələbəni institutdan çıxarırdım, o işə düzəlirdi, sonra instituta bərpa edirdim. Yaxud, gəlib üzr istəyəndən sonra bərpa olunurdu. Ancaq tələbələrin institutdan çıxarılması əsasən təhsillə bağlı olub. Təhsildə çox zəif nəticə göstərənlər xaric olunub. Ümumilikdə isə belə tələbələrin sayı çox az olub. Elə tələbələr olurdu onları axşam növbəsinə keçirirdik.
Bir dəfə bağımıza elektrik gəlmişdi. Dedi ki, mən sizin tələbəniz olmuşam. Yəni, işıqlara baxan da mühəndisdi, ali məktəbdə dərs deyən də mühəndisdi. Nəticə olaraq cəmiyyətimiz bu ali təhsilli adamlardan qazanır. İnstitutda dərs deyən mühəndis də, elektrik sahəsinə baxan da intellektualdır. Belə olanda, cəmiyyətimiz intellektual cəmiyyət olur.
- Azərbaycanda elmin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
- Məsələ burasındadır ki, mən dünən AMEA prezidenti Mahmud Kərimovun müsahibəsini oxudum (Mahmud Kərimovun APA-ya verdiyi müsahibə nəzərdə tutulur – P.A.). Mahmud Kərimovun dediklərilə 100% razıyam. Bilirsiz, biz istənilən halda elmimizə diqqəti artırmalıyıq. Çünki biz Sovet İttifaqının tərkibində olanda SSRİ-nin vahid elm sistemi var idi. O, həm də sovet elmini istiqamətləndirirdi. İndi biz müstəqil Azərbaycan elmini yaradaq. Bunun üçün isə çoxlu işlər görmək lazımdır. Xüsusən də gərək dəqiq elmlər üzrə çoxlu işlər aparaq. Yəni, elmimiz qarşısında böyük vəzifələr durur.
0,2%-lə (dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsait nəzərdə tutulur – P.A.) elmi inkişaf etdirmək çətin olar. Ona görə də bu sahəyə vəsait də artırılmalıdır. Həmçinin, bu məsələnin ikinci tərəfi də var. Mən uzun illər ali məktəbdə işləmişəm. Biz ali məktəbdə olan potensialdan yaxşı istifadə etməliyik. Bu barədə əfsuslar olsun ki, Mahmud müəllim yazmır. Əvvəllər ali məktəbin potensialından istifadə olunurdu. Ali məktəblərdəki müəllimlər həm təhsillə, həm də elmlə məşğul olmalı idilər. Ali məktəblərin vəziyyətini gücləndirmək lazımdır.
Mənim üçün ali məktəblərin potensialından necə istifadə olunmasını qiymətləndirmək çətindir. Ancaq hiss edirəm ki, əməkhaqlarının aşağı olması səbəbindən insanlar dolanışıq məqsədilə başqa işlərlə də məşğul olmaq məcburiyyətində qalırlar.
Laboratoriyalar yaradılmalı, yəni bu sahəyə də vəsait ayrılmalıdır. Müəssisələrdə elmi-tədqiqat işləri üzrə laboratoriyalar olmalıdır.
Bu yaxınlarda mən qəzetdə bir məqalə oxudum. Peşə məktəblərinin, texnikumların attestasiyası haqqında idi. Bizim ali məktəblər əvvəllər böyük idi. Bütün SSRİ üzrə mütəxəssis hazırlayırdıq. İndi isə özümüz üçün mütəxəssis hazırlamalıyıq. Bizim hazırladığımız mütəxəssislər gedib başqa respublikalarda işləyirdilər. Məsələn, Fərman Salmanov, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov bizim institutu qurtarıb.
- Yeri gəlmişkən, adlarını çəkdiyiniz şəxslər necə tələbə olublar?
- Yaxşı. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da mənim tələbəm olub.
- Əli Abbasov necə tələbə idi?
- Əli Abbasov əla tələbə olub, o, talantlı idi. Düzdür, o gedib başqa ali məktəbi qurtardı, ancaq istedadlıydı.
- Sizin rektorluq etdiyiniz institutu yarımçıq buraxdı?
- Hə. Ancaq o, bizim elmimiz üçün böyük möcüzədir. İndi də neftdən sonra gəlir gətirən ikinci nazirlik Əli Abbasovun nazirliyidir.
- Ali və orta məktəblərdə keçilən dərslərin səviyyəsi qaneedicidirmi?
- İndi mən ali məktəblə məşğul olmuram.
- Hər halda, xəbəriniz olar...
- Bilirsiz, mən bu söhbətə qarışmaq istəməzdim. Bu problemlə bağlı indi cavab vermək istəməzdim. Təkcə onu deyim ki, diqqəti nə qədər artırsaq, o qədər yaxşıdır. Bir şeyi də deyim. Həm ali, həm də orta məktəblərdə biliklərin qiymətləndirilməsinə xüsusi diqqət vermək lazımdır. Söhbət həqiqi qiymətin verilməsindən gedir. Tələbə öz biliyinə uyğun olaraq qiymətləndirilməlidir. Bunun üçün forma tapılmalıdır.
- Yeni “Təhsil haqqında” qanunun qəbul olunmaması ilə bağlı Sizin fikirləriniz necədir?
- Bu, bədbəxtlikdir. Biz 1991-ci ildən müstəqillik qazanmışıq. 18 il keçir, ancaq dövlətin “Təhsil haqqında” qanunu yoxdur.
- Sizcə, səbəbi nədir?
- Bir tərəfdən bir az məsuliyyətsiz yanaşıblar, yəni əsas hesab etməyiblər. İkinci tərəfdən, hələ dünyadakı ayrı-ayrı sistemləri yoxlayırlar, öyrənirlər ki, hansı sistemə keçmək daha əlverişli olar.
- Aspiranturanın ləğv olunmasına münasibətiniz necədir?
- Mən aspiranturanın ləğvinə mənfi baxıram. Aspirantura ləğv olunmamalıdır. Aspirantura sistemini gücləndirmək lazımdır, ya lazım deyil, bu da tamam başqa məsələdir.
- Kompüterdə işləyə bilirsinizmi?
- Yox, kompüterdə işləyə bilmirəm. Bilirsiz necədi, mən sizə arzu edirəm ki, 94 yaşına çatasınız. Onda görərsiniz. Demək istəyirəm ki, indi bu məsələlər mənim üçün ağırdır. Mən bunlarla məşğul olmuram, ancaq qızım işləyir.
- Belə çıxır ki, yazarkən kompüter klaviaturasından deyil, qələmdən istifadə edirsiniz...
- Bəli, qələmlə yazıram, sonra da verirəm kompüterdə yığırlar.
- Deyəsən, mobil telefonunuz da yoxdur...
- Mobil telefonum var. İki dənədi. Yenə deyirəm, arzu edirəm 94 yaşa çatasınız... O telefonları mən özüm işlətmirəm, ailəm işlədir. Lazım olanda evdə deyirəm ki, filan nömrəni yığın. Ancaq iş zamanı yox, yəni mobil telefonu özümlə gəzdirmirəm. İş vaxtı cibindən mobil telefonu çıxarıb danışan adamlar var, mənim bundan acığım gəlir.
- Nə əcəb özünüzlə gəzdirmədiyiniz halda mobil telefonunuzun sayı ikidir?
- Deyim də necədi... Onun ikisini də mənə bağışlayıblar. Birini bağışlamışdılar, Bakıda istifadə edirdim. Bir dəfə – təxminən ilyarım öncə Moskvaya gedəsi oldum. Zəng vurdum Əli Abbasova (rabitə və informasiya texnologiyaları naziri – P.A.) – o tələbəm olmaqla yanaşı, həm də dostumdur – dedim ki, “Əli, mənə bir dənə mobil telefon düzəlt”. O da üstündə nömrə olan telefon alıb göndərdi ki, onu özümlə Moskvaya aparım, oradan evimlə danışım. Beləliklə, telefonumun sayı oldu iki. Bizim evdə qızımın, gəlinimin, yeddinci sinifdə oxuyan uşağın, həmçinin ABŞ-da təhsil alan nəvəmin, ABŞ-da işləyən oğlumun, Türkiyədə işləyən oğlumun və nəvəmin də mobil telefonu var.
- Ümumilikdə mobil telefonlarla bağlı Sizin fikirləriniz necədir?
- Bu, bizim elmi nailiyyətlərimizin nəticəsidir. Mobil telefon çox böyük nailiyyətdir. Oğlum hər gün ABŞ-dan mənə zəng edir. Dünən zəng vurmuşdu, deyir “papa, üçüncü dəfə zəng vurub düşdüm, düşə bilmirdim”. Ona dedim ki, “havadan nə istəyirsən? Sənin bütün sözlərini göndərir, indi bir-iki dəfə də havanın imkanı olmayıb, ondan inciyirsən” (gülür). İndi çatdığımız nailiyyətlər misilsizdir. Mobil telefon bütün dünyanı hava vasitəsilə bir-birilə danışdırır. Sim yox, heç nə yox... Həmçinin internetin misli yoxdur. Bunların hamısı nəyin nəticəsidir? Keçmişin davamının nəticəsi. Keçən əsrin 50-ci illərində biz yarımkeçiriciləri inkişaf etdirirdik. Yarımkeçiricilərin yaranması, istifadəsi və yarımkeçiricilər vasitəsilə texnikanın inkişafı bizi bu gün gətirib mobil telefon, internetə çıxartdı.
- Ancaq bəziləri internetin ziyanlı tərəflərinin olduğunu iddia edir...
- Mən bilmirəm onun ziyanı nədən ibarətdir. Kim deyirsə, desin.
- Akademiyaya, konkret olaraq çalışdığınız instituta tez-tez gedirsiz?
- Bizim onlarla danışığımız var. Orada mənim rəhbərliyim altında işləyən qrup var. Onlar işləyirlər, mən də gedib orada otururam. Qısaca desəm, akademiyaya nə vaxt lazımdır, o vaxt da gedirəm. Çünki özüm oturub onlarla bir yerdə işləmirəm. Onlar işləyirlər, mən onlara rəhbərlik edirəm, göstəriş verirəm.
- Ayda təxminən neçə dəfə gedirsiz?
- Tez-tez gedirəm...
- Özünüzü necə hiss edirsiz? Hazırda hansısa xəstəliyiniz yoxdur?
- Bilirsiz, insan 85 yaşı keçəndən sonra elə bil ki, xəstə bir yaşa çatır. O demək deyil ki, xəstələnirsən. Sadəcə, bu yaşın özü ağır yaşdır. Çünki insan yaşa dolduqca qocalır. Qocalanda isə insanın bütün elementləri qocalır: sümüklər də qocalır, göz də qocalır, burun da qocalır, diş də qocalır,... hamısı qocalır, başlayırlar işdən çıxmağa. Bu isə insanın yaşayışına təsir edir. Ona görə də yaş məsələsi mürəkkəb məsələdir.
- Suala cavab vermədiniz, soruşurdum özünüzü necə hiss edirsiniz?
- (gülür) Bura gəlmişəmsə, deməli yaxşı hiss edirəm. Ümumiyyətlə, özümü yaxşı hiss edirəm.
- İşə gedib-gələndə Sizə kimsə kömək edir, yoxsa sərbəst hərəkət edə bilirsiniz?
- Yox, sərbəst hərəkət edirəm. Özüm müstəqil gəzirəm, maşına minirəm, müstəqil oturub-dururam. Mən ikinci mərtəbədə oluram, pilləkənləri sərbəst şəkildə düşüb-çıxa bilirəm...
Pərvin ABBASOV

1801