Arif Qaraşov: “Qanunsuz torpaq alan vətəndaşları günahlandırmırıq”
“2007-ci ilin dekabrının 1-dən etibarən bələdiyyələr tərəfindən qanunsuz satılan torpaqlar dövlət qeydiyyatına alınmır”
2007-ci il dekabrın 1-dən etibarən bələdiyyələr tərəfindən qanunsuz satılan torpaqlar dövlət qeydiyyatına alınmır. Bu barədə KİV nümayəndələrinə aprelin 30-da ölkənin qərb bölgəsinə səfər edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov məlumat verib. Qanuna görə, 2007-ci ilin sonundan bələdiyyələrin torpaq satışı dayandırılıb. Lakin Azərbaycanın bir çox ərazilərində bələdiyyələr qanunu pozub. Belə qanun pozuntusu ilə satılan torpaqlar dövlət qeydiyyatına alınmır. “Bu torpaqları alan insanları günahlandırmıram. Burada əsas məsuliyyət bələdiyyə şuralarının, sədrlərinin üzərinə düşür. Çıxış yolu bələdiyyələrin həmin məsələlərə yenidən baxması, ödənilən məbləği nəzərə alması, yeni qaydada sənədləşmənin aparılmasındadır. Biz bu mənada bələdiyyələrə dəstək veririk” - deyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi əlavə edib.
Vüsalə Cənnətova

1267