Zəhərlidir, oxuduqdan sonra yandırmayın!
Almaniya hökuməti bəyan edib ki, şirkətlərdən biri tərkibində dioksin olan və texniki məqsədlər üçün nəzərdə tutulan yem məhsullarını ölkənin 3 bölgəsində fermerlərə satıb. Bu yemdən istifadə edən bir fermer 100 min toyuğu Hollandiyaya ixrac edib. Bu günlərdə Almaniyadan gələn və tərkibində dioksin olan yumurtalar Britaniyada da aşkar edilib.
Dioksinin tarixi polixlorlaşdırılmış benzolların - iri tonnajlı kimya istehsalı müəssisələrinin tullantıları ilə bağlıdır.
XX əsrin əvvəllərində Amerikanın “Day Kemikal” şirkəti ilk dəfə polixlorfenol birləşmələrinin istehsalına başladı. Bu kimyəvi maddələr ağacların konservləşdirilməsi üçün nəzərdə tutulurdu. Həmin birləşmələrin ağaclara hopdurulması ağacların gələcəkdə uzun illər çürümədən istifadə edilməsinə imkan verəcəkdi. Bu isə tikinti, rabitə və energetika sənayesində olduqca ucuz inşaat materialının əldə edilməsi demək idi. Hazırda bizim rayonlarımızda da ötən əsrin 70-ci illərindən qalma müxtəlif növ qətranlar hopdurulmuş elektrik və telefon dirəklərindən istifadə edilir.
Dioksinlər əsasında hazırlanmış bu maddələrə firmanın adı ilə “dausidlər” deyilirdi. İlk dəfə 1936-cı ildə Missisipi ştatında ağaclara həmin maddələrin hopdurulması ilə məşğul olan fəhlələrin kütləvi zəhərlənməsi baş verdi.
Onların əksəriyyətində əvvəllər xlor istehsalında müşahidə edilən dəri xəstəliyi - xlorakne aşkarlandı. 1937-ci ildə isə analoji xəstəliklər Miçiqan ştatının Midland şəhərindəki dausidlər istehsal edən zavodda qeydə alındı. Fəhlələrin trixlorfenolla çoxsaylı zəhərlənmə hadisələri ötən əsrin 50-ci illərində Amerikanın “Day Kemikal”, “Monsanto”, “Xuker”, “Diamand”zavodlarında da baş vermişdi. Amma bu hadisələr o zaman mətbuatdan gizlədildi, ört-basdır edildi.
1961-1970-ci illərdə hərbi məqsədlər üçün bu preparatların istehsalı sürətləndikcə hadisələrin sayı da artmağa başladı. Kütləvi zəhərlənmələr, partlayışlar ABŞ, İtaliya, Böyük Britaniya, Hollandiya və Fransanın analoji zavodlarında baş verirdi. Amsterdamda “Filips Dyüffar” (1963) firmasının zavodlarında xüsusilə faciəli partlayış baş verdi .Bu hadisədən sonra zavod rəhbərliyi demək olar ki, bütün istehsal qurğularını söküb dənizdə batırdı. 1976-cı ildə İtaliyanın Sevezo şəhərindəki zavodda partlayışdan sonra nəinki zavod fəhlələri, həmçinin yerli əhali də ciddi ziyan dəydi. Ziyanın tam aradan qaldırılması üçün bütün şəhərin ərazisindən torpaq qatı qazılıb götürüldü.
Sonradan əsrin cinayəti adlandırılan bu hadisəyə “Renç Xend” əməliyyatı adı verildi. Hind-Çində aparılması nəzərdə tutulan əməliyyatlarda (1960-cı il) isə trixlorfenolların tətbiqi daha böyük faciələrə gətirəcəkdi. Bu ekoloji müharibədə həmin kimyəvi birləşmə herbsid adı ilə işlədiləcəkdi. Əslində isə bu birləşmələr müəyyən təbəqəni deyil, bütün bitki qatını məhv edirdi.
Həmin dövrdə bu kütləvi qırğın silahına – dövrünün ən zəhərli maddəsinə defoyant adı verildi.
Bu herbsidin rolu nə olacaqdı?
Sadəcə ağacların, keçilməz cəngəlliklərin yarpaqlarını tökəcəkdi. Əslində isə məqsəd Hind-Çin müharibəsinə başlayan Amerika əsgərlərinin keçilməz ərazilərdəki cəngəlliklərdə rahat irəliləyə bilməsi, yerli əsgərlərin gizləndikləri mövqelərinin rahat görünməsi idi. Nəticədə minlərlə ton herbsid regionun bir neçə dövlətinin ərazisinə səpildi. Herbsid düşən ərazilərdən onun nəticələrini bu gün də təmizləmək mümkün olmayıb.
70-80-ci illərdə eyni vəziyyət sülh şəraitində yaşayan pambıq və üzüm istehsalı ilə məşğul olan müttəfiq respublikalarda da mövcud idi. Burada DDT adlanan zəhərli kimyəvi maddədən istifadə edilirdi. Bu zəhərin də əsas təyinatı bitkilərin yarpaqlarının tökülməsi və ziyanvericilərin məhv edilməsi idi. Sonradan DDT istehsalı olduqca təhlükəli zəhər olduğu üçün bütün dünyada qadağan edildi. Müttəfiq respublikaların plan ardınca qaçışı dövründə qadağan edilsə də, ondan uzun müddət istifadə edildi. Bu dioksindən o qədər də zəif olmayan zəhəridir. Parçalanma dövrü isə daha uzun - 50 ilə qədərdir. Həmin zəhər istifadə olunduğu ərazilərdə inəklərin südündə, hətta ana südündə belə aşkar edilmişdi.
Dioksinin ərimə temperaturunun yüksək (+305 S) olması, suda və hətta üzvi həlledicilərdə də həll edilə bilməməsi onun hər hansı bir sahədən təmizlənməsini qeyri-mümkün edir. Yüksək termiki davamlılığa malik olması da onun parçalanmasını qeyri-mümkün edir. O hətta turşu və qələvilərlə qızdırıldıqda belə reaksiyaya girmir. Hətta ən az miqdarda belə bütün bitki və canlı orqanizmi məhv edir. İnsan və heyvan orqanizminə daxil olan dioksin qanda dolaşaraq qara ciyərdə durur, orqanizmdən çıxmır. Qanda bir gündən bir il müddətinə hərəkət edir. Dioksin universal Kurare və sinil turşusundan daha zəhərlidir. Polivinilxloridlər, zibil tullantıları yandıqda dioksin əmələ gətirə bilir. Bunlar təbiətdə dioksinin 2-ci dərəcəli mənbələridir. Amma onların çoxluğu bizi səfərbər etməlidir.
Dioksinlə zəhərləndikdə belə hallar müşahidə edilir: iştah küsür, fiziki və cinsi zəiflik yaranır, çəkinin kəskin azalması baş verir. Artıq dozada zəhərlənmələrdə dəri xəstəliyi -xlorakne baş verir. Bu xəstəlik müalicə olunmur. Müalicə olunsa da bir neçə il sonra da təkrarlanır. Ana bətnində valideyndən uşaqlara da keçir. Dolün məhv olmasına da gətirib çıxarır. Dioksinlə zəhərləndikdə indiyə qədər hələ rast gəlinməyən şikəstliklər müşahidə edilir. Dioksinlə zəhərlənmiş torpaqlarda bitkilər, quşlar və balıqlar vasitəsilə dioksin süfrələrimizə rahatlıqla gələ bilir. Dioksin təbiətdə ən azı 10 il dövr edir.
Beləliklə, dioksinlə zəhərlənmiş torpaq yalnız mexaniki qazılıb götürülmə yolu ilə təmizlənə bilir.
Baykal gölü sularındakı balıqlarda, bitkilərdə və ətrafda məskunlaşmış quşlarda dioksin və ona bənzər maddələr aşkar edilib (orada iri ağac və kağız emalı müəssisələrində dioksin işlədilir).
Ədəbiyyatda bu maddə müxtəlif cür adlandırılır - supertoksikantlar, superekotoksikantlar. Ekoloqlar onu ksenobiotik - həyat düşməni adlandırırlar. Bizdə əsasən transformatorların doldurulmasında, herbsidlərin və pestisidlərin hazırlanmasında istifadə edilir. Rusiya ərazisində transformator yağları, herbsid, pestisid istehsal olunan şəhərlərdə, həmçinin kağız sənayesi müəssisələri yerləşən ərazilərdə və ətraf rayonlarda dioksinlə zəhərlənmə hallarına daha çox rast gəlinir. Dzerjinsk(Nijeqorod vilayəti), Çapayevsk (Samara vilayəti), Novomoskovsk (Tula vilayəti bəs) və s..
Bəs Almaniyada nə baş verdi?
Məlum oldu ki, bağlanmış fermaların əksəriyyəti ölkənin şimal qərbində yerləşir. Almaniya hökuməti bildirir ki, quş yemindəki dioksin miqdarı insan üçün təhlükə törətmir. Fermaların bağlanması isə ehtiyat tədbiridir.
Aydın olub ki, yem istehsalçısı olan “Harles&Jetzsch” şirkəti yem buraxılışında biodizel yanacağının istehsalında istifadə edilən yağ turşularının toksiki tullantılarından istifadə edib.
Elm sübut edir ki, dioksin zəhərinin təsir astanası yoxdur, onun istənilən miqdarı zəhərlidir. Almanlar isə israr edir ki, dioksinin yemdəki miqdarı zərərsizdir(!).
Hər halda bu və ya başqa halda istifadə etdiyiniz kağızları belə yandırmayın. Finlandiya alimləri sübut ediblər ki, agac və ağac məhsulları da yananda ətrafa dioksin yayılır. O isə total zəhərdir.
Ağarəsul Məmmədov, kimya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Tel-050 220 65 96, [email protected]

1124