123 növ məhsulun istehsalı və satışı qadağan edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2010-cu il ərzində gördüyü işlərə dair hesabat yayıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsi tərəfindən 2010-cu il ərzində görülmüş işlərin əsas istiqamətlərindən biri Azərbaycanda mövcud olan standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından ibarət olub.
14 noyabr 2006-cı il tarixində Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planından irəli gələn və Komitənin öhdəsinə düşən məsələlərin həyata keçirilməsi məqsədi ilə hesabat ili ərzində Komitədə TWINNING texniki yardım layihəsi uğurla yekunlaşdırılıb. “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında”, “Akkreditasiya haqqında”, "Ölçmələrin vəhdəti haqqında" qanun layihəsi hazırlanıb. Layihə çərçivəsində ölkə iqtisadiyyatının Avropa standartlarına keçidinin təmin olunmasının zəruriliyini nəzərə alaraq Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Hökuməti adından Avropa Standartlaşdırma Komitəsinə (CEN) müşahidəçi qismində qoşulması ilə bağlı müraciət olunub və bu müraciət nəticəsində Dövlət Komitəsi 1 yanvar 2010-cu il tarixindən həmin təşkilatın müşahidəçi üzvü seçilib.
Beynəlxalq Atom Enerjisi Təşkilatı tərəfindən texniki və maliyyə dəstəyi əsasında Komitədə dazometrik laboratoriyanın yaradılmasına dair danışıqlar başa çatdırılmış və hazırda bu layihənin həyata keçirilməsi üçün müvafiq işlər həyata keçirilir. Layihə çərçivəsində Azərbaycan tərəfinin öhdəsinə düşən laborator binanın tikilməsi ilə bağlı layihələndirmə işləri yekunlaşıb. Almaniyanın Texniki Əməkdaşlıq Agentliyi (GTZ) tərəfindən maliyyələşdirilən texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olunması istiqamətində həmin təşkilatın “Ticarətdə Texniki Maneələr” Sazişində qeyd olunan hər bir üzv ölkənin milli standartlaşdırma orqanında yaradılması məcburi olan Məlumat Mərkəzinin və Bildiriş Orqanının qurulmasına dair işlər yekunlaşdırılıb.
2010-cu ildə Komitənin səlahiyyətləri çərçivəsində Misir, Polşa, Liviya, Çexiya, Macarıstan, Makedoniya, İsrail, Serbiya Respublikaları arasında ikitərəfli sazişlərin layihələri hazırlanıb, müvafiq dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qarşı tərəfə göndərilib. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi məqsədi ilə respublikamızda Kodeks Alimentarius standartlar toplusunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına uyğun olaraq müvafiq işlərə başlanıb. Belə ki, Azərbaycan Respublikasının Kodeks Alimentarius komissiyasına qoşulmasına dair müvafiq bildirişlər hazırlanıb və Xarici İşlər Nazirliyi vasitəsilə təşkilatın Katibliyinə göndərilmiş, üzv ölkələrdə yaradılması zəruri olan Milli Kodeks Alimentarius Komitəsi yaradılıb, Kodeks Alimentarius standartların tətbiqi ilə bağlı fəaliyyət planı hazırlanıb. Artıq bu sahədə bir neçə standart Azərbaycan Respublikasının milli standartı kimi təsdiqlənib.
Komitənin təşəbbüsü və təşkilatçılığı ilə 15 sentyabr 2010-cu il tarixində Bakı şəhərində Kimyəvi Məhsulların Təhlükəsizliyinin Tənzimlənməsi, Avropa reqlamentləri və BMT tövsiyyələri (REACH və CLP) üzrə MDB ölkələrinin 3-cü Beynəlxalq Konfransı keşirilmişdir. Keçirilən tədbirin məqsədi REACH Direktivlərinin prinsiplərinin (klassifikasiya və markalanma), CLP reqlamenti, kimyəvi təhlükəsizliyin qiymətləndirilməsi, kimyəvi təhlükəsizliyə aid pasportların tərtibi, qeydiyyat sənədlərinin hazırlanması və təqdimatı, sənədlərin hazırlanmasında informasiya texnologiyalarının istifadəsi və s. məsələlərdən ibarət olub.
2010-cu il ərzində tərəfimizdən Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə (TK 09), Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə (TK 08) yaradılıb. Qida məhsullarının müxtəlif sahələrini əhatə edən yeddi alt komitədən ibarət olan, özündə 30-a yaxın şirkəti, maraqlı dövlət qurumlarının nümayəndələrini cəmləşdirən Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 07) tərəfindən hesabat ili ərzində beynəlxalq standartlar əsasında 35 milli standartın layihələri hazırlanmış və dövlət qeydiyyatı üçün təqdim edilib.
Ekologiya üzrə Texniki Komitənin (TK 09) fəaliyyəti suyun, havanın, torpağın və ətraf mühitin idarə olunması üzrə mövcud olan beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqinə yönəlib. Hesabat dövrü ərzində həmin TK tərəfindən 5 milli standartın layihəsi hazırlanıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə yaradılan İnformasiya-kommunikasiya Texnologiyaları üzrə Texniki Komitə (TK 05) tərəfindən 12 standart hazırlanıb və dövlət qeydiyyatına alınıb. Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 35 saylı “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” qərarına uyğun olaraq ölkədə “Avro-2” tələblərinə keçidlə bağlı 5 milli standart hazırlanmış və dövlət qeydiyyatına alınıb. Ölkənin yanacaq-enerji ehtiyatlarının qənaəti ilə bağlı problemlərin həlli, onlardan istifadənin effektivliyinin yüksəldilməsi ilə bağlı Komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində standartlaşdırma sisteminin inkişafı” üzrə Dövlət Proqramı layihəsi hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib.
Hesabat dövrü ərzində Komitənin tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Standartlar İnstitutu tərəfindən 37, o cümlədən ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd emalı məhsullarına aid 11, yüngül sənaye məhsullarına aid 4 normativ sənəd hazırlanıb. Ümumilikdə Komitə tərəfindən 162 milli standart, 99 texniki şərt dövlət qeydiyyatına alınıb. Bu da öz növbəsində 2009-cu il ilə müqayisədə 270 % artım təşkil edir.
Dövlət Komitəsinin akkreditasiya şöbəsi tərəfindən 127 obyekt akkreditasiya olunaraq dövlət reyestrində qeydiyyatına alınıb. Bundan əlavə, il ərzində qeydiyyatda olan laboratoriyaların akkreditasiya attestatlarının qüvvədə olma müddətinin artırılması ilə bağlı müvafiq işlər aparılıb və nəticə olaraq 46 laboratoriyanın attestatının qüvvədə olma müddəti artırılıb.
Beləliklə, 2010-cu ilin sonuna akkreditasiya üzrə Dövlət reyestrində 234 obyekt qeydiyyata alınıb.
2010-cu il ərzində Komitə tərəfindən Respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə normativ-hüquqi və normativ-texniki bazanın təkmilləşdirilməsi, ərazi dövlət nəzarəti idarələrinin, müəssisə tabeli və özəl metroloji xidmət orqanlarının işinin əlaqələndirilməsi və onlara metodoloji köməklik göstərilməsi, həmçinin dövlət metroloji nəzarətinin həyata keçirilməsi üzrə bir sıra işlər görülüb. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə, bazar iqtisadiyyatına keçid dövrünün ilk illərində qəbul edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun müasir sosial-iqtisadi şəraitə, Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının sənədlərinin tələblərinə uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsi işlənib hazırlanıb, Komitənin müvafiq qurumları, beynəlxalq ekspertlər və Respublikanın müxtəlif metroloji xidmət qurumları ilə razılaşdırılıb. Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət, müəssisə tabeli və özəl metroloji xidmət orqanlarının istifadə etdikləri yoxlama damğalarının hazırlanması və tətbiqi haqqında Qayda təsdiq edilərək qüvvəyə minib. Rabitə və informasiya texnologiyaları obyektlərində dövlət metroloji nəzarətinin keçirilməsi qaydaları barədə təlimat işlənib hazırlanıb və təsdiq edilib. Avropa Birliyinin qəbul etdiyi ölçü cihazları haqqında 2004/22/EC Direktivi Azərbaycan dilinə tərcümə edilib.
80-dən çox müəssisəyə, o cümlədən 50 yanacaqdoldurma, 16 maye qaz doldurma, 14 tibbi fəaliyyət və 3 əlvan metalların tədarükü və emalı müəssisələrinə xüsusi fəaliyyətlə məşğul olmağa lisenziya alınması üçün rəy verilməsi məqsədilə təqdim olunmuş sənədlərin metroloji ekspertizası keçirilib və müvafiq rəy hazırlanıb. Komitəyə təqdim edilmiş 15 sayda yol tikintisi, yol ötürücüləri tikintisi və körpü tikintisi layihələrinin metroloji ekspertizası keçirilərək, müvafiq rəy və təkliflər bildirilib. 2010-cu il ərzində 161 ədəd yeni tipli ölçmə vasitələrinin tipi təsdiq edilərək, Azərbaycan Respublikasının ölçmə vasitələrinin Dövlət reyestrinə daxil edilib. Bu ölçmə vasitələrinin hamısı idxal yolu ilə Respublikaya gətirilib. 62 ədəd dövlətlərarası standart nümunənin tipi tanınaraq, Azərbaycan Respublikasının standart nümunələrin Dövlət reyestrinə daxil edilib.
2010-cu ili Etalon bazasının inkişafı üzrə bir sıra addımlar atılıb.
Azərbaycan Respublikasında metrologiya sahəsinin beynəlxalq tələblərə və normalara uyğunlaşdırılması və tanınması üçün Milli Metrologiya Mərkəzinin sektorlarında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun laboratoriyalar qurulub. Buraya ayrı-ayrı kəmiyyət vahidləri üzrə kalibrlənmə laboratoriyaları da aiddir. Kütlə, təzyiq, temperatur və özlülük ölçüləri üzrə dövlət etalonlarının quraşdırma və işəsalma prosesi, o cümlədən işçilərin ixtisasartırma üzrə müvafiq işlər görülüb. Cari ildə Milli Metrologiya Mərkəzi Milli akkreditasiya sistemi üzrə akkreditə olunub və müvafiq sertifikat alınıb. “Vaxt və tezlik etalonu” avadanlıq kompleksinin alınması ilə bağlı İngiltərənin “Micron” şirkəti ilə müqavilə bağlanıb.
Keçən il Komitəyə müxtəlif təyinatlı və xarakterli 5587 ədəd sənəd, o cümlədən Azərbaycan Respublikasında əmtəə nişanlarının qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq bürosundan 2843 ədəd iddia sənədi daxil olub. Hesabat dövründə “Patent haqqında” qanununun 27-ci maddəsinə uyğun 258 ədəd ixtiraya dair iddia sənədləri hazırlanaraq Komitəyə təqdim edilib və 125 ədəd ixtira patenti qeydiyyata alınaraq sahiblərinə verilib. Cari ildə sənaye nümunəsinə dair 55 ədəd iddia sənədi və faydalı modelə dair isə 25 ədəd iddia sənədi daxil olub, 36 sənaye nümunəsi və 5 ədəd faydalı model patentləri qeydiyyata alınıb. Hesabat dövründə əmtəə nişanlarına dair 1487 ədəd iddia sənədi daxil olub. Ötən illərdə təqdim edilmiş, habelə 2010-cu ildə daxil olan iddia sənədlərinin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanununun 14-cü maddəsinə uyğun olaraq ekspertizası aparılıb və ekspertizanın müsbət nəticəsi əsasında 1510 ədəd Şəhadətnamə tərtib olunaraq sahiblərinə verilib. Azərbaycan Respublikasında əmtəə nişanlarının qüvvəsinin tanınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq bürosundan ötən il daxil olan, o cümlədən cari ildə verilən iddia sənədlərinin bir qismi üzrə ekspertiza aparılıb və nəticədə 421 ədəd ilkin rədd qərarı qəbul edilib. Bu sahədə işlər davam etdirilir.
Avrasiya patentinin alınması ilə bağlı milli iddiaçılar tərəfindən verilən 15 ədəd, Patent Kooperasiyası haqqında Müqavilə (PCT) çərçivəsində patent almaq üçün milli iddiaçılar tərəfindən verilən 9 ədəd iddia sənədlərinin “alan idarə” kimi formal ekspertizası aparılıb və sənədlər müvafiq olaraq Avrasiya Patent İdarəsinə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Bürosuna göndərilib.
İl ərzində hüquqi və fiziki şəxs statusu ilə fəaliyyət göstərən 2146 təsərrüfat subyektində istehsal, idxal və ixrac olunan məhsulların keyfiyyətinə, standartların, metroloji normaların və qaydaların tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib və bu da 2009-cu ildəkinə nisbətən 1,9 dəfə çoxdur. Araşdırmaların nəticəsində təsərrüfat subyektlərində aşkarlanan nöqsanlara və pozuntulara, o cümlədən istehsal olunan bəzi məhsulların insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli olduğuna, normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 123 növ məhsulun istehsalının və satışının qadağan olunması barədə, habelə mövcud nöqsanların aradan qaldırılmasına dair 344 iradnamə və tələbnamə verilib.
2010-cu ildə həyata keçirilmiş dövlət nəzarətləri zamanı 277500 manatlıq müxtəlif çeşidli məhsulların keyfiyyəti yoxlanılıb, bunlardan 252 min manatlıq məhsulun və yaxud ümumi miqdarın 9,1 faizinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkar olunub. Ciddi nöqsanlara yol vermiş təsərrüfat subyektlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada 137 protokol tərtib olunub, 143,7 min manat məbləğində və yaxud 2009-cu ilə nisbətən 1,9 dəfə çox cərimə sanksiyaları tətbiq edilib.
Hesabat ilində məhsul istehsalı, idxalı və ixracı ilə məşğul olan 2885 hüquqi və fiziki
şəxslərin sifarişləri əsasında 6209 adda məhsula AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə müvafiq olaraq uyğunluq, tanınma və partiya sertifikatları verilib. Sertifikatlaşdırma prosesi ilə əhatə olunmuş təsərrüfat subyektlərinin sayı 2009-cu ilə nisbətən 1,4 dəfə, sertifikatlaşdırılmış məhsul növlərinin sayı isə 1,6 dəfə artıb.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan işlərin gücləndirilməsi nəticəsində ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsullardan normativ sənədlərin tələblərinə cavab verməyən 96,4 min manatlıq qida əlavələrinin (yoxlanılan ümumi məhsulun 75,9 %-i,), 24,5 min manatlıq meyvə şirələrinin (yoxlanılan ümumi məhsulun 37,8 %-i), 1,0 min manatlıq duzun (yoxlanılan ümumi məhsulun 20,8 %-i), 2,3 min manatlıq dondurmanın (yoxlanılan ümumi məhsulun 15,3%-i), 2,0 min manatlıq mineral suların (yoxlanılan ümumi məhsulun 6,0 %-i) və bir sıra digər ərzaq məhsullarının istehsalı və ya satışı qadağan olunub.
Məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi məqsədi ilə Gəncə şəhərində Avropa ölkələrinin aparıcı firmalarının müasir laboratoriya avadanlığı, o cümlədən qaz xromotoqrafiyası üsulu ilə işləyən, habelə ekspres-analiz avadanlıqları ilə təchiz olunmuş və beynəlxalq standartların tələbləri ilə nəzərdə tutulan toksiki elementlərin, mikroorqanizmlərin, əlavələrin və radioaktiv elementlərin təyin olunmasına imkan verən yeni müasir sınaq laboratoriyası istifadəyə verilib. Sumqayıt şəhərində neft və neft məhsullarının sınaqları üzrə laboratoriyanın tikilməsinə başlanıb.

1023