“Dövlət və Din” jurnalı çapdan çıxıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə sonuncu sayı işıq üzü görüb.
Komitədən Lent.az-a verilən məlumata görə, sayca 6-cı olan toplu ənənəvi “Rəsmi guşə” bölməsi ilə açılır. Bu rubrikada prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlığı haqda ətraflı məlumat verilib. Həmçinin İranın dövlət başçısı Mahmud Əhmədinejadın Təzəpir məscid kompleksinə ziyarəti barədə informasiya da oxucuların diqqətinə çatdırılır.
Toplu rus dilində məqalələrin çapı ənənəsini davam etdirir. Bu sayda Həsənağa Məmmədlinin “Cəmiyyət və Din” rubrikası altında dərc olunmuş “Problemı filosofskoqo reliqiovedeniya” yazısı dərc edilib. Bölmədə həmçinin “Dini dünyagörüşün həmenerji (sinerji) yaratmaq imkanı və İslamda həmrəylik məsələsi”, “Nizamülmülkün “Siyasətnamə” əsərində dövlət-din münasibətlərinə dair”, “Dinsizliyə yönəlmə amilləri”, “Şəxsiyyətin sosiallaşmasında dinin rolu” və digər məqalələr yer alıb.
Ənənəvi “Tarixə pəncərə” rubrikası altında verilmiş məqalələrdə isə dünya müsəlmanlarının birliyində beynəlxalq İslam təşkilatlarının rolundan bəhs olunur, qədim Naxçıvan İslam sivilizasiyasının elm və mədəniyyət mərkəzlərindən biri kimi təqdim edilir.

529