Azərbaycanda HİV-ə yoluxan kişilərin sayı qadınlardan 5 dəfə çoxdur!
BMT-nin HİV/QİÇS üzrə birgə Proqramı (UNAİDS) “Azərbaycan mediasının QİÇS-lə mübarizədə rolu”, “HİV daşıyıcılarının diskriminasiyasının qarşısının alınması” mövzularında jurnalistlər üçün 2 günlük treninq təşkil edib.
Lent.az-ın verdiyi məlumata görə, treninqi bu sahə üzrə YUNESKO-nun sertifikatı ilə təltif olunmuş Ceyhun Nəcəfov aparıb.
Tədbirdə UNAİDS-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Cəmilə Cərrahova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova çıxış ediblər. Cəmilə Cərrahova deyib ki, artıq 22 ildir, 1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. UNAİDS-in 2010-ci il üzrə hazırladığı hesabata görə, artıq QİÇS epidemiyası dayandırılıb, dünyada HİV yayılmasında əks istiqamət, yəni azalma müşahidə olunur. Son 10 ildə yeni HİV-ə yoluxma halları 20 faizə qədər azalıb. QİÇS-lə bağlı ölüm halları da son 5 ildə 20 faiz azalıb, HİV-lə yaşayan insanların sayı sabitləşib. Onun sözlərinə görə, UNAİDS Azərbaycan hökuməti və QHT-lərlə birlikdə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş HİV-in proflaktikası, virusa yoluxanların müalicəsi, müdafiənin təmin olunmasında universal imkanlar, insan hüquqlarının qorunmasını təbliğ edən tədbirlərin keçirilməsinə dəstək verir: “Azərbaycanda HİV-ə yoluxma aşağı səviyyədədir, bu da əsasən, infeksiya və cinsi yollarla olur”.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bildirib ki, 2009-cu ildə Yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,3 milyon nəfər olub. Bu insanların 15,9 milyon nəfəri qadın, 2,5 milyon nəfəri uşaqdır. O qeyd edib ki, Azərbaycanda bu problem daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir: “Azərbaycan HİV-ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasına daxildir və burada epidemiya əsasən, yüksək risk qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycan vətəndaşları arasında təkcə 2010-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 57,3 fiazi, 1992-ci ildən 2010-cu il dekabrın 1-ə qədər olan dövrdə isə yoluxma hallarının 63,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2010-cu ilin 11 ayı ərzində Azərbaycanda 409 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydə alınıb. Onlardan 398-i (97,3%) Azərbaycan vətəndaşı, 11 nəfər (2,7%) isə əcnəbi vətəndaşdır. Bu il dekabrın 1-ə qədər 2673 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyasına yoluxma ilə bağlı qeydiyyata götürülüb. Onların 96,2 faizi Azərbaycan, 3,8 faizi əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 83,2 faizi kişi. 16,8 faizi qadındır. QİÇS mərhələsində olan insanların sayı 620 nəfərdir. Onların 614 nəfəri Azərbaycan vətəndaşıdır. HİV infeksiyasından Azərbaycanda 339 nəfər dünyasını dəyişib. Onların 334 nəfəri Azərbaycan vətəndaşıdır”.
Trenində jurnalistlərə bu mövzuların araşdırılması, HİV-in yayılmasının qarşısının alınması yönündə aparılmalı olan maarifləndirmə işləri barədə məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Treninq bu gün başa çatıb.
Ramiz

735