Bakının mərkəzində su xətti partlayıb
Paytaxtın Nəsimi və Səbayel rayonlarının bir hissəsini içməli su il təmin edən magistral boru kəməri partlayıb.
Lent.az-ın məlumatına görə, hadisə “Azadlıq” prospektində, metronun “28 May” stansiyası yaxınlığında baş verib. Gecə saatlarında 500 millimetrlik borunun partlaması nəticəsində yüksək təzyiqli su ətrafa yayılıb. Bir qədər əvvəl hadisə yerinə yollanan əməkdaşımız suyun “Azadlıq” prospekti boyunca ətrafa yayıldığının şahidi olub. Borunun partlaması prospekt boyunca avtomobillərin hərəkətinə mane olmasa da, piyadaların hərəkəti xeyli çətinləşib. Hazırda metronun “28 May” stansiyası yaxınlığından başlayaraq “Azadlıq” prospekti və prospektlə kəsişən küçələrin bir hissəsi çirkli suya və lilə qərq olub.
Şahidlərin bildirdiyinə görə, yalnız bərpa işləri aparan fəhlələr hadisə yerinə gəldikdən sonra içəriyə daxil olan suyun qarşısı alınıb. Biz hadisə yerində olarkən qəza xidmətinin əməkdaşları partlamış borunun yenisi ilə əvəz etməkdəydilər. Artıq ərazidə su axınının qarşısı alınıb.
Təmir briqadasının işçilərinin bildirdiyinə görə, su xətti bir neçə metr dərinlikdə olduğundan qəzanın hansı hissədə baş verdiyini müəyyənləşdirmək çətin olub. Gecə saatlarında baş vermiş hadisədən sonra ətrafa yayılmış suyun hansı hissədən axdığını yalnız bu gün səhər saatlarında müəyyənləşdirmək mümkün olub.
Elxan SALAHOV

Oxşar yazılar

Səssiz haray – dilsiz Cəbrayıl sakinini yurda aparan yol - VİDEO
1 may 2025 , 05:15
Bu gün birinci siniflərə qəbul başlayır
1 may 2025 , 00:01
Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ
30 aprel 2025 , 22:56
Azərbaycanda RƏZALƏT: Dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırdılar - VİDEO
30 aprel 2025 , 22:38
Sabah Bakının bu ərazilərində qaz kəsiləcək
30 aprel 2025 , 21:26
May ayında maqnit qasırğaları: Sağlamlığınızın risk altında olduğu bütün günlər
30 aprel 2025 , 20:15
Soyuducudakı məhsullar niyə tez xarab olur: bu 3 şey "səssiz qatil"dir
30 aprel 2025 , 19:08