“Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi”
Mətbuat Şurasının Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” layihəsi çərçivəsində oktyabrın 11-dən oktyabrın 17-dək apardığı monitorinqin nəticələrini açıqlayıb. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, monitorinqin məqsədi KİV-lərin seçki ilə bağlı materiallarındakı tendensiyaları nəzərdən keçirməkdən, onları qruplaşdırmaqdan və ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Monitorinq Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınıb. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib.
Bu müddət ərzində KİV-lərdə 2960 material işıq üzü görüb. Bunlardan 2630-u gündəlik qəzetlərin, 330-u həftəlik qəzetlərin payına düşür. Həftə ərzində seçki ilə bağlı materiallar ümumi materialların 29,30 faizini təşkil edib. Həftə ərzində seçki ilə bağlı gedən materialların 49,4 faizi xəbər janrında olub..
Monitorinqi aparılan qəzetlərin seçki ilə bağlı materiallarında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının pozulmasına dair həftə ərzində 141 fakt qeydə alınıb. Bunlardan 112-i gündəlik qəzetlərin 29-u həftəlik qəzetlərin payına düşür.
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərində nəzərdə tutulan bəndlər üzrə də materiallar dəyərləndirilib. “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” bəndi üzrə 1, “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır” bəndi üzrə 21, “Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” bəndi üzrə 28, “Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın” bəndi üzrə 22, “Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi - məlumat cəmiyyəti çaşdırmaq məqsədilə verilməyibsə - qorunmalıdır” bəndi üzrə 11, “Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir” bəndi üzrə 6, “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” bəndi üzrə 7 pozuntu halı qeydə alınıb.
“Plagiat yolverilməz hərəkətdir” bəndi üzrə 2, “Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” bəndi üzrə 25, “Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır” bəndi üzrə isə 19 pozuntu olub.
Seçki ilə bağlı materiallarda qanun pozuntularına da rast gəlinir. Əsasən məqalə janrında qələmə alınan yazıların diffamasiya baxımından məhkəmə perspektivinin olub-olmaması araşdırılmış, söz və mətbuat azadlığının prinsipləri geniş şəkildə tutularaq bir çox məqalələrin ölkənin mövcud qanunvericiliyi ilə ziddiyyət təşkil edən tərəfləri nəzərdən keçirilib. Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilib. Bu xüsusiyyətlər nəzərə alınaraq 12 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib.
Monitorinq zamanı müəyyən edilib ki, 12 materialdan 7-də birbaşa diffamasiya (cinayət hüququ baxımdan pozuntu) mövcuddur. Bunlar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan), 148 (təhqir) maddələrinin habelə 283-cü maddəsinin (milli, irqi, dini ayrı-seçkiliyin yolverilməzliyi) pozulması faktı kimi qiymətləndirilə bilər. Digər 5 materialda isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır.
Neytral mövqe tutan və ya materiallarında neytrallığı qorumayan KİV-lərin faiz nisbəti müəyyənləşdirilərkən seçki ilə bağlı materialların çoxluğu amili nəzərə alınıb. Materiallar qiymətləndirilərkən KİV-lərin həftə ərzində neytrallığı qoruma və qorumama ilə bağlı bal göstəricilərindən istifadə olunub. Bu göstəricilər üzrə 20-dən çox bal toplayan KİV-lərin müvafiq faiz nisbətləri əksini tapıb. Bu baxımdan neytrallığı qorumayan KİV-lərin sayı, qoruyanlardan çox olub. 4 qəzet neytrallığını qoruyub.

706