Qadınlar niyə daha çox yaşayır?  Nəhayət cavab tapıldı
10 oktyabr 2025 15:07 (UTC +04:00)

Qadınlar niyə daha çox yaşayır? Nəhayət cavab tapıldı

0

Qadınların kişilərdən daha uzun ömür sürməsi artıq sadəcə statistika deyil, bütün dünyada müşahidə olunan elmi qanunauyğunluqdur. Bu fərq təkcə insanlar arasında deyil, bir çox məməli növlərində də müşahidə olunur. Müasir dövrdə insanların ömür uzunluğu artsa da, alimlər hələ də nəyə görə məhz qadınların daha çox yaşadığını tam dəqiqliklə müəyyənləşdirməyə çalışırlar.

İki X xromosomun üstünlüyü

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu fenomenin əsas səbəblərindən biri genetika ilə bağlıdır.

Məməlilərdə dişilər iki X xromosoma sahib olduqları üçün zərərli mutasiyalardan daha yaxşı qorunurlar. Kişilərdə isə yalnız bir X və bir Y xromosomu var, bu da onları genetik baxımdan daha həssas edir. Maraqlıdır ki, quşlarda vəziyyət tam əksinədir, burada erkəklər iki eyni xromosoma sahibdir və məhz onlar daha uzunömürlü olur.

Minlərlə növ üzərində aparılan araşdırma

Araşdırmadakı nəticələr bir daha təsdiqləyib ki, məməlilər arasında dişilər, quşlar arasında isə erkəklər daha uzunömürlüdür. Məsələn, zooloji bağlarda məməli dişilər orta hesabla 16 faiz daha çox yaşayır, quş erkəkləri isə təbiətə nisbətən 5 dəfə uzun ömür sürür.

Niyə fərq yaranır?

Tədqiqatçılar hesab edirlər ki, bu fərq çoxalma və həyat tərzi ilə bağlı enerji sərfiyyatından irəli gəlir. Məsələn, poligam məməlilərdə (begemot, kərgədan, zebr, antilop və s.) erkəklər dişilər uğrunda daim mübarizə aparır, bu da onların orqanizmini tez tükəndirir. Monogam quş növlərində isə belə enerji itkisi az olur, buna görə erkəklər daha uzun yaşayır.

Amma istisnalar da var, məsələn, cənnət quşlarının erkəkləri öz parlaq rənglərini və mürəkkəb davranışlarını qorumaq üçün çox enerji sərf edir və nəticədə daha tez ölürlər.

Təbiətin qədim qanunu

Yohanna Ştark bildirir ki, bu fərq milyonlarla il əvvəl formalaşmış təbii mexanizmdir. Oxşar tendensiya şimpanze və qorilla kimi primatlarda da müşahidə olunur: dişilər erkəklərdən daha çox yaşayır. Bu isə sübut edir ki, insanlarda da ömür uzunluğundakı fərq nə tarix, nə də mədəniyyətlə əlaqəlidir. Bu, təbii və bioloji bir qanunauyğunluqdur.

Alimlər əlavə edirlər ki, uzunömürlülüyün sirrini təkcə genlərdə deyil, yaşam tərzində də axtarmaq lazımdır. Düzgün qidalanma, keyfiyyətli yuxu və stressin azaldılması,bütün bunlar həm qadınların, həm də kişilərin sağlam və uzun ömür sürməsinə kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar