Tahir Əmiraslanov: “Quyruq da, kərə yağı da yemək lazımdır...” - MÜSAHİBƏ
Azərbaycan mətbəxinin ləziz xörəklərinə ermənilərinin iddia etdikləri sirr deyil. Bəs milli xörəklərimizlə bağlı hüquqlarımızı beynəlxalq miqyasda qoruya bilirikmi? Avropaya inteqrasiya prosesində xörəklərimizin də “inteqrasiya olması” lazımdırmı? Ermənilərin ən çox söydüyü şəxslərdən biri olan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov 400 kilometrdən uzağa getməməyi məsləhət görür...
- Kulinariya sahəsində milli xörəklərimizə şərik çıxmağa çalışan ermənilərlə mübarizədə hansı uğur və uğursuzluqlar var?
- Uğursuzluğumuz yoxdur. 20 ildir ki, ermənilərin qarşısı alınıb, onlar heç bir yerə buraxılmırlar. Ermənilərin xaricdə çap etdirdikləri kitabların, məqalələrin də cavab mütəmadi verilir. Bu il “plagirizm.az” saytında ermənilərə qarşı 4 yazımız yerləşdirilib. Erməni saytlarında ən çox söyülən adamlardan biri də bizik.
Bundan başqa, Moskvada 80 yaşı olan “Çtenie obşestvo” jurnalında bir azərbaycanlının adından vermişdilər ki, guya xaş erməni xörəyidir. “Çtenie obşestvo” jurnalının 7-ci sayında təkzib getdi. Jurnalın 7 və 8-ci saylarında xaş haqqında dastan yazısı getdi. 12-ci sayında çoban basdırması haqqında yazı gedib. Bu istiqamətdə işlər gücləndirilib. Çünki Novruz bayramında prezident bizə tapşırdı ki, bu sahədə görülən işləri daha da gücləndirmək, sürətləndirmək və genişləndirmək lazımdır. Eyni zamanda həm Müəllif Hüquqları Agentliyində ermənilərə qarşı kitab üzərində iş gedir, həm də prezidentin tapşırığı ilə bir sanballı “Azərbaycan mətbəxi” kitabı hazırlanır. Moskvada isə Xankişiyevin kitabının 1-ci hissəsi çıxdı, ikinci hissi də çıxacaq. Bu, Azərbaycan mətbəxinə aid bir kitabdır. Kitabın ikinci hissəsi çıxandan sonra onun Bakıda təqdimatını keçirəcəyik.
Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə də aktiv iştirak edir, medallar gətiririk. Amma beynəlxalq səviyyəli konfranslara, tədbirlərə, yarışlara Ermənistan bu il də buraxılmayıb.
- Milli yeməklərlə bağlı hüquqlarımızı qanuniləşdirmək, qeydiyyata saldırmaq üçün dünya miqyasında hər hansı beynəlxalq qurum, mexanizm varmı? Ermənilərin milli xörəklərimizə qarşı iddialarına birdəfəlik son qoymaq üçün bu yoldan istifadə edilirmi?
- Belə mexanizmlər var, dünya bunun üzərində işləyir. Hazırda Müəllif Hüquqları Agentliyi, Mədəniyyət və Turizm Nazirliyində bunun üzərində iş aparır. Vaxtilə Azərbaycan mətbəxinə xüsusi qurulma rejiminin tətbiq edilməsi haqqında prezident sərəncamının və Nazirlər Kabinetinin qərarlarının layihələri hazırlandı və mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin imzası ilə göndərildi. Lakin o sənəd 3 dəfə Maliyyə Nazirliyindən geri qaytarıldı. İndi üzərində yenidən işlənilir. Amma artıq bu sahədə Portuqaliya birinci işə başladı, Mali, Fransa, İtaliya, Yaponiya və başqa ölkələrin də artıq qanunvericilikləri var.
- Yeri gəlmişkən, milli xörəklərimizi səciyyələndirən, fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
- Azərbaycan xörəyinin ərzaq bazası çox dadlı, təbiidir. Məsələn, Hindistanın, Portuqaliyanın ətləri dadsızdır, mütləq bu ətlərə ədviyyat vurmaq lazımdır ki, dada gətirəsən. Yaxud onların pomidoru, xiyarı dadsızdır, gərək dada gətirmək üçün üstünə nə isə vurasan. Amma Azərbaycanda buna ehtiyac yoxdur.
- Son dövrlər Avropa həyat tərzinin təbliği fonunda tez-tez eşidirik ki, qoyun əti az yeyin, kərə yağına yox, bitki yağına üstünlük verin. Ancaq Azərbaycan milli xörəklərinin çoxunda kərə yağından istifadə olunur, kabablarımız da qoyun ətindən hazırlanır...
- Həmişə adət etdiyimiz milli xörəkləri yemək lazımdır. Həm də o sözləri həkimlər yox, daha çox KİV təmsilçiləri deyirlər. Bu, çox böyük səhvdir. Birincisi, milli xörəklərimizə uyğunlaşmışıq, ikincisi, bədəndə xolestrol olmadan mübadilə getmir. Ona görə də yağlı da, quyruq da, kərə yağı da yemək lazımdır. Həkimlər məsləhət görürlərsə ki, dükanda olan kərə yağından istifadə etməyin, bu, başqa məsələdir. Çünki kərə yağı əvəzinə marqarin satırlar. Amma kərə yağını yemək lazımdır.
- Qarşıdan payız fəsli gəlir. İnsanlara hansı yeməkləri məsləhət görürsünüz? Ümumiyyətlə, fəsillərə görə yeməklər necə dəyişməlidir?
- Hansı fəsildə nə bitir, nə yetişirsə, onu da yemək lazımdır. İndi yavaş-yavaş ətə meyillənmək başlayacaq. Çünki hava soyuduqca ət məhsulları daha çox yeyilməlidir. İsti olanda isə bir az yüngül yeməklər, balıq, toyuq olar. Amma hava soyuduqca qırmızı ətə və yağa meylin artması təbiidir.
- İnsanların sağlamlıqlarını qoruması üçün nə məsləhət görürsünüz?
- Dədə-baba yeməklərimizi yesinlər, qarışdırmasınlar. Bir də ürəkləri ən çox istədiyi şeyləri yesinlər. Amma qabaqlarına qoyulan hər şeyi basıb yeməkləri lazım deyil. Əgər qarşınıza 20 cür meyvə qoyulubsa, ürəyiniz ən çox istəyən meyvəni yeyin. 50 cür xörək qoyulubsa, ən çox ürəyiniz istədiyi 1 xörəyi yeyin. Başqa şey yemək lazım deyil. Eyni zamanda yerli məhsula üstünlük vermək lazımdır. Ətrafınızda 400 kilometr radiusda bitən, qaçan, yetişən məhsullardan qidalanın.
- Tahir müəllim, 400 kilometr şərtini niyə qeyd etdiniz?
- Elm sübut edib ki, yaşadığınız yerdən 400 kilometr radiusdakı məhsul insanın bədəninə ətraf mühit haqqında düzgün informasiya verir.
Ramiz Mikyaıloğlu

1857