Bal bazarında nələr oldu? - REPORTAJ
0
0
Bu gün Bakıda arıçılıq məhsullarının satış yarmarkası başlayıb. Xətai rayonu ərazisində, “Bakı” kinoteatrının yaxınlığında təşkil olunan satış yarmarkası on gün, sentyabrın 30-dək davam edəcək.
Lent.az-ın məlumatına görə, yarmarkanın açılış mərasimində arıçılarla yanaşı Xətai Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Arıçılıq Assosiasiyasının nümayəndələri də iştirak edib. Açılışda kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirib ki, yarmarkada 52 rayondan 816 arıçı iştirak edir. Arıçılığın aqrar sektorun inkişafındakı rolundan danışan Aslan Aslanov deyib ki, son illər ölkə rəhbərliyi səviyyəsində bu sahəyə diqqət xeyli artıb. Onun sözlərinə görə, “Əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramı”nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulub: “Bu proqramda nəzərdə tutulan arıçılığa dəstək yerlərdə təsərrüfatçılar və məmurlar tərəfindən yerinə yetirilir. Həmçinin “2009-2013-cü illərdə Regionların iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı”nın da 101 maddəsinin 79-u məhz kənd təsərrüfatı sektoruna aiddir. Regionlarda icra başçılarına da tapşırılıb ki, arıçılığın inkişaf ilə məşğul olsunlar, bu sahədə çalışan fermerlərə dəstək olsunlar”.
Nazir müavinindən arıçılarla çağırış
Azərbaycanda arıçılığın inkişaf etdirilməsi üçün hökumətin ciddi layihələri dəstəkləyəcəyini deyən nazir müavini artıq bu istiqamətdə müəyyən işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, Beynəlxalq Arıçılar Federasiyası, Türkiyənin TİKA təşkilatı və Finlandiya hökuməti arıçılığın inkişaf etdirilməsinə dair təkliflərlə çıxış edib: “Biz təklifləri yüksək dəyərləndiririk. Həmçinin Türkiyənin TİKA təşkilatına minnətdarıq ki, Azərbaycan arıçılarına avadanlıqlar verib. Mən buradan arıçılara səslənirəm, ciddi layihələrinizi gətirin, mən onların həyata keçməsinə köməklik edəcəyəm”.
Aslan Aslanov yerlərdə rayon icra hakimiyyəti başçılarına arıçılara dəstək göstərilməsinə dair xüsusi tapşırıqlar verildiyini də vurğulayıb. Azərbaycanın arıçılıq məhsulların dünyada tayı-bərabəri olmadığını deyən nazir müavini erməni işğalı nəticəsində bu sahəyə də ciddi ziyan dəydiyini söyləyib: “Azərbaycanın arıçılıq məhsullarının tamı dünyanın heç bir ölkəsində yoxdur. Amma ermənilər torpaqlarımızın işğalı zamanı bizim flora və faunamızı da məhv ediblər. Azərbaycanın ən gözəl bal məskəni olan Kəlbəcər indi ermənilərdədir, indi Kəlbəcər balının dadını-ləzzətini onlar dadır. Ermənilər indi Kəlbəcərdə, Laçında arıçılıqla məşğul olur”.
Məhsuldarlıq ikiqat azalıb
Nazir müavini Azərbaycanın arıçılıq təsərrüfatında ən ciddi çətinliklərindən biri kimi qablaşdırma problemini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu problemin həlli istiqamətində də müəyyən işlər aparılır: “Türkiyənin TİKA təşkilatı bu problemin həlli üçün Azərbaycan arıçılarına dəstək göstərir. Onlar bizim arıçılarla tez-tez görüşərək, qablaşdırma sahəsində öz təkliflərini verirlər”.
Aslan Aslanov bu il Azərbaycanda bal istehsalının aşağı düşdüyünü də söyləyib. Onun sözlərinə görə, bu il yerli təsərrüfatlarda maksimum 900 ton bal istehsal olunub. Ötən il isə Azərbaycanda tədarük olunan balın ümumi həcmi 1600 ton təşkil edib: “Biz bu il tədarük olunan həmin 900 ton balın ixracı ilə də məşğul olacağıq. Çünki Azərbaycanda bu sahədə təxminən 6 min adam çalışır. Həmin ailələrin digər üzvlərini də hesablasaq, arıçılıq təsərrüfatı 18 min nəfərin iş yeridir. Ona görə də biz bu sahədə ciddi işləyəcək ki, arıçılarımız öz məhsullarını xaricə də sata bilsinlər”.
60 manatlıq arı südü 20 manata necə düşdü?
Satış yarmarkasının rəsmi hissəsindən sonra hökumət nümayəndələri yarmarkaya çıxarılan məhsulların keyfiyyəti, arıçılar üçün burada yaradılan şəraitlə tanış olublar. Nazir müavini və digər rəsmi şəxslər ağxalatlı arıçıların ağ örtüklü piştaxtaların qarşısından keçərək arıçılıq məhsullarının çeşidləri, keyfiyyəti, qiymətlər barədə fermerlərin fikirlərini öyrənir. İlk siftəni isə nazir müavini Aslan Aslanov edir. O, Gədəbəydən olan arıçının piştaxtanın üzərinə düzdüyü 20 qramlıq arı südünün qiymətini soruşur. Satıcı “20 qramdır, bu, eləyir... 60 manat”. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi satıcı ilə razılaşmır:
- Ay oğlan, nə danışırsan, heç 60 manata da arı südü olar?
Özünü itirən satıcı cavab verməkdə çətinlik çəkir, kənardakıların atmacaları onu çaşdırır. Üzünü nazir müavininə tutaraq “bunun sizə pay verirəm”. Aslan Aslanov razılaşmır: “Yox, mən də hamı kimi pulu ödəyib almaq istəyirəm”.
Satıcı dərhal razılaşır: “Onda sizə 30 manata”. Çingiz Fərəcov arxadan iki barmağını göstərərək “20 manat” işarəsini verir. Satıcı heç bir söz demədən nazir müavinini verdiyi 50 manatdan ona 30 manat qaytarır.
Yarmarkaya baxış növbəti sıralarda davam edir. Burada arıçılara insanlarla nəzakətlə davranmaları, qiymətləri artırmamağı və ən əsası satışa çıxarılan məhsullara yad qarışıqlar qatılmaması tövsiyə olunur...
Rəsmi hissə bitdi, qarışıqlıq başladı
Bir qədər sonra nazir müavini Aslan Aslanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini və digər rəsmi şəxslər təşkilatçılara tapşırıqlarını verib ərazini tərk edirlər. Onlar getdikdən sonra məlum olur ki, məhsulunu satmaq üçün dəvət olunmuş arıçıların bir qisminə yer verilməyib. Arıçılar isə yer tutmaq üçün bir-biri ilə mübarizə aparır, kimisi piştaxtasını başının üzərinə qaldırıb ortalıqda özünə yer axtarır, bir başqası isə onun bu istəyinə qarşı çıxır.
Qarmaqarışıqlıq yarmarkanın təşkilinə cavabdeh olan Kənd Təsərrüfatı Nazirinin şöbə müdiri Çingiz Fərəcovun da gözündən yayınmır. O, dərhal yarmarkanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərinə təhkim olunmuş polis əməkdaşlarını çağıraraq burada hər şeyin qaydada olmasına çalışmalarını söyləyir: “Bu yarmarkaya təxminən 150 ton məhsul çıxarılıb. Biz elə etməliyik ki, heç kəs buradan narazı getməsin. Amma yer çox dardır, biz bundan sonra hələ 50 arıçını da yerləşdirməliyik”.
Polis kapitanı isə idarə rəisinə narahatlıq üçün əsas olmadığını və lazım olan bütün tədbirlərin görüləcəyini söyləyir. O, dərhal telefonla kiməsə zəng edərək yarmarkanın keçirildiyi ərazinin genişləndirilməsi üçün icazə istəyir. Cavab ləngimir, təxminən 5 dəqiqə sonra polis kapitanı ərazinin yuxarı istiqamətə 70 metrədək genişləndirilməsinə razılıq verildiyini söyləyir. Bundan sonra boş yer gözləyən arıçılar məhsullarını təşkilatçıların onlara verdiyi piştaxtalarla birlikdə yuxarı başa, yaxınlıqda yeni tikilən binanın qarşısına daşıyır.
Bu dəfə alıcılar və satıcılar arasında başqa söz-söhbətlər eşidilir. Məlum olur ki, yarmarkaya çıxarılan arıçılıq məhsulları arasında “təmiz” olmayanları da var. Üstəlik, arıçıların bir qismi satdıqları məhsulları baytarlıq nəzarətindən yayındıra bilib.
Məsələni dəqiqləşdirmək üçün ərazidə nəzarət işləri aparan Çingiz Fərəcova yaxınlaşırıq. Məlum olur ki, yarmarkanın təşkilati məsələlərində Kənd Təsərrüfatı Nazirliyini razı salmayan bəzi məqamlar var. Nazirliyin idarə rəisi Çingiz Fərəcov söyləyir ki, satış yarmarkası yenicə təşkil olunduğundan bütün məhsullar baytarlıq nəzarətindən keçirilməyib: “Burada arıçılara yaradılan bütün şərait və xidmətlər, o cümlədən yer pulsuzdur. Həmçinin baytarlıq müayinələri də pulsuzdur. Amma burada keyfiyyətsiz bal və digər arıçılıq məhsulları satıla da bilər. Ona görə də biz Respublika Baytarlıq Laboratoriyasının nümayəndələrini də bu işə cəlb etmişik. 18 baytar həkim iki növbədə yoxlama aparır”.
Saxta bal satanlara xəbərdarlıq
İdarə rəisi vurğulayıb ki, yarmarkada keyfiyyətsiz məhsul satan arıçılar dərhal buradan uzaqlaşdırılacaq və onun barəsində hüquq-mühafizə orqanlarına məlumat veriləcək: “burada belə söhbətlər var ki, bəziləri saxta bal satır. Mən bu adamların yanında bir daha bəyan edirəm, “Arıçılıq haqqında” qanunun 20-ci maddəsinə əsasən, satışa keyfiyyətsiz bal çıxaranlar cinayət məsuliyyətinə cəlb olunur. Belə hal burada qeydə alınsa, saxta bal satan adam barəsində prokurorluq orqanlarına müraciət edəcəyik”
Çingiz Fərəcov artıq yarmarkaya çıxarılan məhsulların bir qismi baytar həkimlər tərəfindən müayinə olunduğunu deyib. Yerdə qalan məhsullar isə qısa müddət ərzində laboratoriya şəraitində analizdən keçiriləcək: “İndi müayinə olunan məhsulların bir qismi ilə biz də razı deyilik. Çünki ola bilər ki, arıçı balın yaxşısını müayinəyə verib, satdığı məhsul isə başqadır. Ona görə də biz bu məsələyə ciddi nəzarət edəcəyik”.
Nazirlik rəsmisi deyib ki, xəstələr, əlillər, yoxsul təbəqədən olan insanlar bu satış yarmarkasından bəhrələnsinlər. “Biz həm də arıçılarla razılığa gəlmişik ki, yarmarkada satışa çıxarılacaq balın 1 kiloqramının qiyməti 15 manatdan yuxarı olmasın. Lakin bəzi adamlar burada qiyməti qaldırır. Onlar bazarla yarmarkanı qarışdırırlar. Lakin hamı bilməlidir ki, bu yarmarkanı dövlət təşkil edib. Kimi baha qiymətə bal satmaq istəyirsə, Bakıda 11 bazar var, getsin bazarda satsın. Bura gələn arıçılar da bizi yaxşı başa düşür, bir neçə nəfərdən başqa” - deyə, Çingiz Fərəcov əlavə edib.
Yeri gəlmişkən, bəzi arıçılar öz məhsullarını Bakıya gətirərkən yolda bir neçə dəfə saxlanıldıqlarını, bu səbəbdən də xərclərinin artmasından gileylənirlər. Çingiz Fərəcov isə bu fikri qətiyyətlə inkar edir: “Biz bu iş təşkil edərkən şəhər və rayon icra hakimiyyətlərinə müraciət etmişik ki, lazımi köməkliklərini əsirgəməsinlər. Bu iş eyni zamanda DİN Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun da diqqətindədir. Ona görə də qəti olaraq, bir nəfəri də bir yerdə saxlayıb onlardan pul tələb eləyən olmayıb”.
Elxan SALAHOV