Soydaşlarımız aclıq aksiyasına başlayıb
28 aprel 2009 15:30 (UTC +04:00)

Soydaşlarımız aclıq aksiyasına başlayıb

“Amnesty İnternational” bəyanat yaydı
Yəzd həbsxanasında saxlanılan əlallahı (əhli-haqq, ələvi) təriqətindən olan azərbaycanlı məhbuslar 6 gündür aclıq aksiyasına başlayıblar. Onlar həbsxanada üzləşdikləri kobud davranış qaydalarına etiraz edirlər. Lent.az-ın “Savalan Səsi” xəbər saytına istinadən verdiyi məlumata görə, həbsxana məmurları onların ibadət etmələrinə maneçilik törədir. Belə ki İbadullah Qasımzadə ibadət etmək üçün hazırlaşarkən zindan məsulları onu vəhşicəsinə döyərək təkadamlıq kameraya köçürüblər.
Ancaq soydaşımız orada da ibadətini yerinə yetirmək istəyib. Nəticədə məmur kameraya qaz buraxıblar, sonra isə İbadullah Qasımzadəyə fiziki təzyiq göstəriblər. Hazırda onun sağlıq durumu çox ağırdır. Ümumiyyətlə, bu məhbuslara qarşı inanılmaz işgəncələr tətbiq olunur.
Xatırladaq ki, əlallahı (əhli-həqq, ələvi) təriqətindən olan beş güneyli məhbus - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağayan Güney Azərbaycanın qərb əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndir. Onlar 5 il əvvəl Qoşaçayda hökumətlə əhli-həqq tərəfdarları arasında baş verən silahlı qarşıdurmada həbs ediliblər. Məhkəmə əvvəlcə onların hamısına qarşı edam hökmü çıxarmışdı. Noyabrın 16-da Urmiya Mərkəzi Həbsxanasında saxlanılan əlallahı (əhli-həqq, ələvi) təriqətindən olan beş güneyli məhbusdan üçü - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadə Yəzd həbsxanasına köçürülüb. Çünki Urmiya İnqilab Məhkəməsi məhbuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadənin edam hökmünü ləğv edərək, onların 13 il müddətinə ölkənin mərkəzi hissəsində yerləşən Yəzd həbsxanasına sürgünə göndərilməsi barədə qərar çıxarıb. Onlar ötən il də dəfələrlə aclıq aksiyası keçirmişdilər. Soydaşlarımız İran adlanan yerin Konstitusiyasının məzhəb və inanc ayrı-seçkiliyi salan 12 və 13-cü maddələrinə etiraz edirdilər. Onların dini işlərinin yasaq olması və məzhəb baxımından təzyiqə məruz qalmaları bir çox xəbər agentliyi tərəfindən boykot olunub və beynəlxalq təşkilatlar onların var olduğundan belə xəbərsiz qalıb. Qeyd edək ki, Mehdi Qasimzadə fevralın 28-də səhər vaxtı Urmiya Mərkəzi Həbsxanasında edam olunub.
Urmiya Mərkəzi Həbsxanasında saxlanılan Yunis Ağayan isə barəsində çıxarılmış edam hökmünün icrasını gözləyir.
Beynəlxalq “Amnesty İnternational” təşkilatı edam cəzasının yerinə yetirilməməsi çağırışını özündə əks etdirən bəyanat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar