“Virusun Azərbaycana gəlməsi ilə bağlı heç bir təhlükə yoxdur”
Səhiyyə naziri “donuz qripi” təhlükəsi ilə əlaqədar xüsusi əmr hazırlayıb
Azərbaycanın səhiyyə naziri “donuz qripi” təhlükəsi ilə əlaqədar xüsusi əmr hazırlayıb. Bu barədə APA-ya açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, hələlik virusun Azərbaycana gəlməsi ilə bağlı heç bir təhlükə yoxdur:
“Virus Amerika qitəsində, Meksikada aşkarlanıb. Bəzi Avropa ölkələrində də xəstəlik qeydə alınıb. Amma Azərbaycanda hələ belə bir xəbər yoxdur, inşallah, olmayacaq. Buna baxmayaraq, müvafiq dövlət qurumları - Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti öz öhdəsinə düşən lazımi bütün tədbirləri həyata keçirirlər. Fikirləşirəm ki, H1N1 ştampı Azərbaycanda müəyyən olunmayacaq. Bu virus heyvanlardan insana keçir. Son məlumatlara görə, virus insandan insana da keçə bilər. Amma bu hələ təsdiq olunmayıb”.
Nazir qeyd edib ki, imzaladığı xüsusi əmrdə həm epidemioloji, həm də müxtəlif tibb müəssisələrində lazım olan çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Vaxtilə “quş qripi” ilə bağlı hazırlanan tibb müəssisələrində ventilyasiya sistemi lazım olan səviyyədə qurulub. Azərbaycan bu məsləyə tam hazırdır. Biz istərdik Azərbaycan “donuz qripi” ndən uzaq olsun”.

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50