On birincilərin attestat problemi
28 aprel 2009 11:30 (UTC +04:00)

On birincilərin attestat problemi

Orta məktəblərin builki məzunları attestat qiymətlərini göstərən arayışı almaqda çətinlik çəkir

Hazırda 11-ci sinifdə təhsil alan və ali məktəblərə sənəd qəbulunda iştirak etmək istəyən abituriyentlər çaşqınlıq içərisindədir. Səbəb onların attestat balı barədə məktəbdən arayış ala bilməməsidir.

Lent.az-ın məlumatına görə, dərs ili başa çatmadığından orta məktəb rəhbərliyi məzunlara attestat verə bilmir. Rüblük və buraxılış imtahanları üzrə qiymətlər hələ məlum olmadığından məzunlara attestat balına dair arayış da vermək mümkün deyil.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) narahatçılıq üçün ciddi əsas olmadığını bildirirlər. Komissiyada deyirlər ki, ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmək istəyən əvvəlki illərin məzunu olan abituriyentlər internet vasitəsilə elektron ərizə doldurarkən attestat qiymətlərini müvafiq bölmədə göstərməlidir. Onlar Sənəd Qəbulu Komissiyasına (SQK) elektron ərizəni təsdiq etdirmək üçün müraciət edərkən digər sənədlərlə yanaşı orta təhsil haqqında attestatı təqdim etməlidirlər. Bu ilki məzunlar isə attestat əvəzinə təhsil aldıqları tədris müəssisəsinin təsdiq etdiyi (attestat qiymətləri göstərilməklə) arayışı SQK-ya təqdim edə bilərlər.

Komissiyadan bildiriblər ki, ali məktəblərinin bakalavr pilləsinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə tələbə qəbulu iki mərhələdə aparılacaq. Aprelin 21-dən mayın 31-dək olan birinci mərhələdə abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurmalıdır. Artıq bu gündən başlayan ikinci mərhələdə (28 aprel - 31 may 2009-cu il) isə abituriyent tələb olunan sənədləri SQK-ya təqdim etməklə elektron ərizəsini təsdiqləməlidir. Bu zaman cari ilin məzunları müəyyən edilmiş formada, təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində oxuduqlarını təsdiq edən arayışı da təqdim etməlidir. 2009-cu il aprelin 30-dək 16 yaşı tamam olmayan abituriyentlərə verilən arayışa abituriyentin 3x4 sm ölçüdə şəkli yapışdırılmalı və möhürlə təsdiqlənməlidir.

Elxan SALAHOV
# 1664

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32