Təhsil nazirindən xəbərdarlıq
Misir Mərdanov bəzi rayon təhsil şöbələrinə xəbərdarlıq edib
Təhsil naziri Misir Mərdanov bəzi rayon təhsil şöbələrinə xəbərdarlıq edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Gəncədə səfərdə olan nazir Misir Mərdanov jurnalistlərə verdiyi açıqlamada bildirib. Xəbərdarlıq məktəblərdəki sınaq imtahanlarında aşağı göstəricinin əldə olunması ilə bağlı olub. Sonuncu sınaq imtahanlarında ölkənin cənub bölgəsinin bəzi rayonları və qərb bölgəsindən Şəmkir, Gədəbəy rayonları üzrə aşağı nəticə əldə olunub. Nazir Misir Mərdanov sınaq imtahanları ilə bağlı daha ətraflı müzakirələrin aparılacağını, lazımi qərarların veriləcəyini vurğulayıb.
Nazir rus dilinin xarici dil kimi tədrisinə də münasibət bildirib. Onun sözlərinə görə, artıq xeyli müddətdir ki, rus dili müəllimləri işlə təminat üçün ixtisas artırma kurslarına cəlb olunur. Lakin bununla yanaşı, son zamanlar orta məktəblərdə rus dilinin öyrənilməsinə tələbat çoxalır. “Rus dilinin orta məktəblərdə xarici dil kimi tədrisi böyük əhəmiyyətə malikdir. Çünki dünyaya inteqrasiya edən Azərbaycanda yetişməkdə olan nəslin bu dili bilməsi mühüm rol oynayır. Rus dilinə marağın artmasında məktəb direktorları və pedaqoqların da üzərinə məsuliyyət düşür” - deyə M.Mərdanov əlavə edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50