Nazir Azərbaycanda heyvanlarla bağlı siyasət yeridildiyini deyir
“Mövsümi vaxtlarda qaban ovuna lisenziya veririk”
“Təbiəti mühafizə tədbirləri sərtləşdirilib. Pis-yaxşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işləyir. Çoxlu tüfənglər müsadirə olunub. Qoruq elan olunan ərazilərdə ov nadir hala çevrilib. Qanunsuz ov olmasını istisna etmirəm. Ancaq o qədər nadir hala çevrilib ki, biz onu tuta da bilmirik”. Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat konfransında deyib.
“Quş ovuna qoyulan qadağa hələlik götürülməyib, bunun götürülməsinə əsas yoxdur. O ki, qaldı digər heyvanlara, bu məsələdə müəyyən siyasət yeridilir. Məsələn, biz qaban ovuna qadağa qoymamışıq. Mövsüm vaxtı lisenziya veririk. Ancaq bəzi yerlərdə qabanların çoxalma ehtimalı var ki, bu da həmin ərazilərə insanların get-gəlinin az olması ilə əlaqədardır. Canavara gəldikdə, onun da məhdud ovu aparılır. Bu, onların sayının tənzimlənməsi üçün məhdud sayda aparılır. Məsələn, Azərbaycanda hələ canavarla əlbəyaxa ov növü yoxdur. Uzaqbaşı tüfənglə məsafədən vurmaq var, ancaq canavar heç onu maraqlandırmır da” – deyə, nazir bildirib.
Pərvin ABBASOV

1567