Bakıda əqli mülkiyyətə dair beynəlxalq seminar keçirilir
Regionda ilk dəfə təşkil olunan bu tədbirdə dünyada əqli mülkiyyətin qorunması məsələləri müzakirə olunur
Bu gün Bakıda “Müəlliflik hüquq və kreativ sənayelərin iqtisadi əhəmiyyəti” mövzusunda beynəlxalq seminar başlayıb. Müəllif Hüquqları Agentliyinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi tədbir beynəlxalq qurumların nümayəndələri, o cümlədən Böyük Britaniyadan olan mütəxəssislər də iştirak edir.
Lent.az-ın məlumatına görə, seminarı giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov dünyada əqli mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıb. O, qeyd edib ki, belə bir tədbir regionda ilk dəfə olaraq məhz Azərbaycanda keçirilir.
Kamran İmanov bildirib ki, kreativ sənaye iqtisadiyyatın əsas sektorlarından birini təşkil edir. Bu sektora kino, musiqi, təsviri incəsənət, ifaçılıq sənəti, reklam sənayesi, dizayn, kompüter texnologiyaları, poliqrafiya sənayesi və digərləri daxildir. Onun sözlərinə görə, XXI əsrdə əqli mülkiyyət sahəsində “biliklərə əsaslanan iqtisadiyyat” və “kreativ sənaye”nin iqtisadi əhəmiyyəti ilə bağlı məsələlər prioritetə çevrilib.
Kamran İmanov deyib ki, Azərbaycandakı mövcud iqtisadi durum “biliklərə əsaslanan iqtisadiyyat” üçün zəmanət yaradıb. Onun sözlərinə görə, Müəllif Hüquqları Agentliyinin araşdırmalarına nəticəsində Azərbaycanın ümumi daxili məhsulunda kreativ sənayenin payı 2,4 faiz təşkil etdiyi müəyyən olunub: “Agentliyin Solou modeli əsasında apardığı araşdırmalar göstərir ki, texnoloji nailiyyətlər və elmi-texniki tərəqqi hesabına ÜDM-dəki artım 2003-cü ildən 2009-cu ilə qədər 7,2 faizdən 20,6 faizə qalxıb”.
Seminarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament əməkdaşı Saule Tlevlessova, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, millət vəkili Xanhüseyn Kazımlı əqli mülkiyyətin iqtisadiyyatdakı rolundan, bu sahənin inkişafının əhəmiyyətindən danışıblar. Daha sonra seminar diskussiya şəraitində öz işini davam etdirib.
İki günlük seminarda əsas mövzular ətrafında sabah da müzakirələr aparılacaq. Tədbirin ikinci günündə həmçinin subregional ölkələrdə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əməkdaşlıq fəaliyyətləri, kreativ sənayelər üzrə milli strategiyanın inkişafı mövzuları üzrə məruzələr dinləniləcək.
Elxan SALAHOV

569