“Ölüm vadisi”ndən sağ çıxan azərbaycanlı zabitin dəhşət dolu 10 ili - HEKAYƏT
“150-160 nəfərin başını kəsmiş, qəsəbədəki bütün cavan qız-gəlinlərini, hətta 8-9 yaşlı qız uşaqlarını belə zorlamışdılar...”
Azərbaycanlı zabitin Vyetnam xatirələri
İyirminci əsrin ən dəhşətli savaşlarından sayılan ABŞ-Vyetnam müharibəsinin başa çatmasından 35 il ötür. 1965-ci ildə vyetnamlıların Tonkin körfəzindəki ABŞ gəmilərinə hücumu ilə başlayan, 10 il dəhşətləri ilə davam edən və sonda iki Vyetnamın birləşməsi ilə başa çatan bu savaşın ağrı-acılarını həm ABŞ, həm də Vyetnam dövləti hələ də yaşayır. Müharibədən sonra da bu müharibənin dəhşətləri, ölüm-itimi davam edib. Savaşın dəhşətlərinə dözə bilməyərək minlərlə keçmiş ABŞ əsgəri intihar edib, minlərlə vyetnamlı mülki sakin, əsasən də uşaqlar müharibə qalıqlarından, sursat və minaların partlamasından dünyasını dəyişib.
Hələ də dünyanın hərbi ekspertləri geri qalmış, zəif texnologiyalara malik Vyetnamın super müasir texnologiyalarla silahlanmış Birləşmiş Ştatlara qalib gələ bilməsinin səbəbini izah edə bilmirlər. Bununla belə, qələbənin əldə olunmasında insan amili, partizan müharibəsi, yerli relyef və iqlima uyğunluq, mənəvi-psixoloji hazırlıq və s. kimi faktorlarıün önəmi vurğulanır.
Amma Vyetnam müharibəsini kommunist və kapitalist qütblərinin müharibəsi kimi qələmə verənlər də kifayət qədərdir. Nəzərə alsaq ki, müharibə aparan bir tərəfdə – ABŞ-ın başçılığı altında SEATO, digər tərəfdə isə kommunist dövlətləri – SSRİ, Çin və Şimali Koreya dayanırdı, bu savaşın həm də cəmiyyətlərin çıxardığı savaş olduğunu demək də olardı.
SSRİ-nin süqutundan sonra açılan arxivlərin məlumatına görə, müharibə dövründə Moskva Vyetnama nəinki silah və texnika yardımı göstərib, hətta həm Xo Şi Minin, həm də ondan sonrakı rəhbərlərin dövründə yüzlərlə Vyetnam hərbçisi SSRİ-nin hərbi məktəblərində yüksək səviyyəli kadr kimi hazırlanıb, Sovet hərbçi-mütəxəssisləri elə savaş meydanında – Vyetnam cəngəlliklərində Veytnam ordusunu döyüşə hazırlayıb, əməliyyatlara bilavasitə rəhbərlik ediblər.
Müharibə aparan Vyetnamın mütəxəssislərinin bir qismi də Bakıda yetişdirilib. O dövrdə Azərbaycanın ali məktəblərində bu ölkə üçün həm mülki, xalq təsərrüfat kadrları, həm də hərbi mütəxəssislər hazırlanıb. Belə ki, indiki Azərbaycan Texniki Universitetində (Politexnik İnstitutunda) bir sıra vacib ixtisaslar üzrə təhsil alan vyetnamlı tələbələr ölkələrində özlərini gözəl artilleriyaçı, istehkamçı və tankçılar kimi doğruldublar. Həmçinin SSRİ HDQ-nin Xəzər Flotiliyasının Bakıda yerləşən diversiya mərkəzində vyetnam üçün sualtı komandolar, Güzdək hərbi bazasında isə diversiya zabitləri hazırlanıb. Bundan başqa, 1965-ci ildə SSRİ-dən Vyetnama göndərilən ilk 200 nəfərlik hərbi mütəxəssislərin böyük əksəriyyətini Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raketçiləri təşkil edib. 1965-ci ildə Vyetnamdan SSRİ-yə göndərilən hərbçilərin bir hissəsi Bakıdakı ikinci təlim mərkəzində kurslarda iştirak edir.
Lent.az-ın apardığı araşdırmalar zamanı sovet ordusunda zabit rütbəsində qulluq etmiş bir neçə azərbaycanlının da Vyetnamda xidmət etdiyi, daha doğrusu döyüşdüyü bəlli olub. Amma bu günədək onlar nə mətbuata çıxıb, nə də televiziyaya. Özlərini SSRİ zabitinə məxsus məxfiliklə qoruyan bu zabitlərin Vyetnam ordusunda zəhməti rəsmi Hanoy tərəfindən bu gün də xatırlanır.
Veytnamın Samı
Vyetnam əməliyyatlarında sosialist ölkələrinin beynəlmiləl qüvvələri də vuruşub. Varşava Paktına daxil olan ölkələrdən Hind-Çinə göndərilən bu qüvvələr əslində dövlətin xüsusi təşəbbüsü və dəstəsi ilə silahlı qüvvələrin xüsusi təyinatlılarından formalaşdırılıb. Beynəlxalq səviyyədə qarşıdurmanın ortaya çıxdığı məqamda isə həmin qüvvələrin könüllülərdən formalaşdığı və dövlət tərəfindən onlara heç bir dəstəyinin göstərilmədiyi iddia edilib. Belə bir beynəlmiləl missiyada xidmət etmiş sovet ordusunun diversiya qrupunun zabiti Səməd Hüseynov 1942-cı ildə Füzuli rayonunda anadan olub. Hərbi xidmətini sovet ordusu sıralarında, xüsusi təyinatlı “Vımpel” qrupunda keçən S.Hüseynov komandanlığın təşəbbüsü ilə orduda qalıb və hərbi məktəbi bitirib. 1966-cı ildən 1975-ci ilədək, yəni Vyetnam müharibəsi başa çatanadək bu ölkədə xidmət etmiş bir neçə azərbaycanlıdan biri olub. Vyetnam əsgərlərinin hazırlanmasında, eləcə də fərdi döyüşlərdə göstərdiyi şücaətlərə görə, bir neçə dəfə Vytenam rəhbərliyi və SSRİ müdafiə nazirliyi tərəfindən orden və medallarla təltif olunub. Vyetnamda baş leytenant rütbəsindən mayor rütbəsinə yüksəlib və sonradan 1984-cü ilədək SSRİ silahlı Qüvvələri sıralarında xidmət keçib. Hazırda Rusiyanın hərbi məktəblərindən birində dərs keçən S.Hüseynov Vyetnamlı döyüş yoldaşları tərəfindən Sam adlandırılıb.
Xüsusi təyinatlı “baytar”
Vyetnam-ABŞ müharibəsinin qızğın dövründə – 1966-cu ilin aprel ayında S.Hüseynovun xidmət etdiyi hərbi hissədən 6 zabit xaricdə keçiriləcək xüsusi əməliyyat üçün seçilir və onlara iki gün ərzində hazırlaşmaq tapşırılır. Əməliyyat məxfi olduğundan zabitlərə son ana qədər hara gedəcəkləri barədə məlumat verilmir. Lakin bu zabitlərdən Moskvada böyümüş erməni əsilli Karayan soyadlı kapitan yola düşəcəkləri gün “xəstələndiyindən” onun yerinə başqa biri getməli olur. Hərbi hissə komandanlığı bu dəfə S.Hüseynovu seçir: “Mən o zaman subay idim. Komandir dedi ki, vaxt azdır. Hansı ailəlini çağırım ki, 3-4 saata hazırlaş, gedirsən. Bu çox məsuliyyətli və önəmli əməliyyatdır. Mən dərhal taqımı müavinimə təhvil verdim. Yük çantamı götürüb qərargaha qayıtdım və beləcə 6 illik səfərimiz başladı”.
S.Hüseynovun da daxil olduğu qrupa Moskvada başqa zabitlər də qoşulur. Ümumilikdə 30-dan artıq zabitə burada mülki geyim verilir. Xüsusi idarənin generalı onları təlimatlandırır və Vyetnama gedəcəklərini deyir: “Bizim Vyetnamda gedən müharibədən xəbərimiz vardı. Hərbi hissədə zabitlərə qərargah təlimində Vyetnamda amerikanlar və vyetnamlılar tərəfindən keçirilən əməliyyatlar, qarşı tərəfin istifadə etdiyi silah və texnikalar barədə məlumatlar verilir, cəngəllik döyüşlərinin ssenariləri üzrə məlumatlandırılırdıq. Amma o zaman kimsənin ağlına gəlməzdi ki, bu ssenarilər Vyetnama xüsusi yardımlar məqsədi ilə hazırlanır. Açığını deyim ki, xüsusi idarənin generalı bizə Vyetnama gedəcəyimizi deyəndə bəzi zabitlərin keçirdiyi hisslər üzlərindən oxundu. Çoxlarının kefi pozuldu. Çünki oradakı real döyüşlərdən xəbərimiz vardı”.
General zabitlərə bildirir ki, Vyetnamda olduqları müddətdə yalnız ildə iki dəfə evə məktub yazmağa icazə verilir. Amma bir şərtlə ki, məktubda onlar harada olduqlarını deyil, əvvəlki hərbi hissələrində olduqlarını yazsınlar. Məktublar onsuz da hərbi poçtda açılıb oxunacaq, müvafiq sayılarsa, ünvanına çatdırılacaq. Odur ki, Vyetnamdakı 9 illik xidməti dövründə S.Hüseynov ailəsinə cəmi 5 dəfə məktub yazır. Hər dəfə məktubunda o əvvəlki hərbi hissəsində xidmət etdiyini və ondan narahat olmamalarını qeyd edir.
Bir günlük xüsusi hərbi və diplomatik təlimatlandırmadan sonra zabitlərə xüsusi vəsiqələr paylanır. Təlimata əsasən Vyetnamda olduqları müddətdə onlar mülki geyimdə gəzməli, dövlətlərarası razılaşmaya əsasən Vyetnamda mülki işlərdə çalışdıqları rəyini yaratmalıdırlar. Bunun üçün onlara hazırlanmış vəsiqələrdə müxtəlif ixtisaslar göstərilir. Məsələn, zabitlərdən kimisi həkim, kimisi neft mühəndisi, kimisi zootexnik, aqronom idi. “Vımpel” qrupunun zabiti S.Hüseynov isə Vyetnama sovet kənd təsərrüfatı mütəxəssisi – baytar kimi yola salınır.
Cəngəlliklər qoynunda
Vyetnamda sovetlərdən gələn zabitləri SSRİ-nin bu ölkədəki hərbi attaşesi qarşılayır və sonra “ixtisasları” üzrə müxtəlif ərazilərə paylaşdırılırlar. S.Hüseynov isə döyüşlərin ən qaynar nöqtəsi olan Cənubi Vyetnam sərhədindəki bölgələrdən birinə - məşhur 17-ci paraleldən şimalda yerləşən Quanq Nqay adlı bölgəyə düşür.
S.Hüseynov deyir ki, sovet “spesnaz”ı nə qədər hazırlıqlı olmasına, xəritə üzərində nə qədər yaxşı hazırlanmasına baxmayaraq, cəngəllik şəraitində, fərqli müharibə sahəsinə uyğun olmayıb: “Qarşı tərəfin qüvvə və vasitələrinə nə qədər bələd olsaq da, ərazi şəraiti fərqli idi. Digər tərəfdən, bizim təmsil olunduğumuz tərəfin insanları da sovet insanlarından fərqli düşüncəyə malik idi. Bu da bizim işlərimizi çətinləşdirirdi. Təsəvvür edin, cəngəllikdə hansısa kənddən gətirilmiş insana silah və texnikanı öyrədirsən. Tərcüməçilərimiz olsa da biz ilk aylarda tapşırılan işlərin öhdəsindən çox çətinliklə gəlirdik”.
Vyetnam ordusunda sərt qayda-qanunların hökm sürdüyünü deyən S.Hüseynovun sözlərinə görə, vyetnamlı əsgər sonadək döyüşür, təslim olmaqdansa özünü partladırdı. Xəyanət edənlər isə orduda heç vaxt bağışlanmayıb. Bir dəfə 10-12 komadan ibarət kəndi müdafiə etməyərək geri çəkilmiş taqımın tam heyətini, başda komandiri olmaqla, briqada komandiri şəxsən güllələtdirir. Həmçinin amerikalılarla əməkdaşlıqda suçlanan, onlara yeyəcək verən kəndin əhalisi tamamilə qətlə yetirilir.
“Bu, cəngəllik qanunları idi. Bizimlə söhbətində veytnamlı komandirlər özləri də etiraf edirdilər ki, dünya görüşünə malik olmayan, meşədən tutulmuş bu cür əsgərlərlə sərt qanunlarsız döyüşü qazanmaq çox çətindir. Öncə bizə qəribə və təəccüblü gələn bu kimi hadisələr sonradan adiləşdi”, - deyə xüsusi təyinatlı zabit bildirir.
S.Hüseynov tapşırığa uyğun olaraq öncə cəbhə xəttindən təxminən 80 km uzaqda Vyetnam əsgərlərinə tanklardan və hava hücumundan müdafiəni öyrədir. Onlara sovet istehsalı olan tank əleyhinə idarə olunan raketlərdən və portotiv zenit raket kompleksindən istifadəni başa salır. Lakin ilk illərdə vyetnamlılar bu silahlardan lazımi səviyyədə istifadə edə bilmədiklərindən 1967-ci ilin ortalarında S.Hüseynov Vyetnam komandanlığının sovet hərbi attaşesindən şəxsi xahişi üzərinə əməliyyat bölgəsinə göndərilir. Onun yaratdığı və başçılıq etdiyi xüsusi qrup burada əməliyyatlara qatılır. İlk döyüşdə 28-i vyetnamlı, qalanı sosialist ölkələrindən və Hind-Çin yarımadasındakı digər millətlərdən təşkil olunmuş 42 nəfərlik qrup ABŞ – Cənubi Vyetnam ittifaqının 4 tankını və zirehli maşınını, 3 helikopterini vurur. Qarşı tərəfin 50-dən artıq əsgəri məhv edilir. Bu döyüşdəki uğurlarına görə, başda S.Hüseynov olmaqla, qrupun bütün əsgərləri komandanlıq tərəfindən mükafatlandırılır. S.Hüseynovun döyüş yoldaşı baş leytenant Anatoli Bondarev isə Vyetnam Silahlı Qüvvələrinin Ali Qəhrəmanı adı ilə təltif olunur.
1972-ci ildə bir dəfə məzuniyyətə göndərilən S.Hüseynov rayonda valideynlərinin yanında cəmi bir həftə qala bilir. Məzuniyyətdən teleqramla təcili geri çağrılan zabitə Vyetnamda xüsusi diversiya qrupunu yaratmaq tapşırılır. Bu qrupun zabitləri və əsas mütəxəssisləri Bakıda təlim keçmiş vyetnamlılar olur. S.Hüseynov bu qrupa düşmən arxasında döyüşlər aparmaq, əsas infrastrukturları sıradan çıxarmaq, düşmənin texnika karvanlarına basqınlar törətmək kimi təlimlər verir. Sonradan Səmədin hazırladığı bu qrup müharibənin taleyinin həllində mühüm rol oynayır, 1975-ci ilin aprel ayında Sayqona hücum zamanı qarşı tərəfin əsas sursat və silah anbarlarını sıradan çıxarır.
10 il ölümlə üz-üzə
S.Hüseynov deyir ki, sovet zabitlərinin hazırladığı vyetnam xüsusi təyinatlıları heç də ABŞ reyncerlərindən və dəniz piyadaçılarından pis döyüşməyib: “Vyetnamda bizim hazırlaşdırdığımız əsgərlər primitiv üsullardan istifadə etməklə o zamanın ən yaxşı təchiz olunmuş amerikan əsgərlərinin qorxulu röyasına çevrilmişdi. Məsələn, vyetnamlı əsgər qamışı ağzında tutub gölə girir, qamış vasitəsi ilə nəfəs alaraq su altında görünmədən hərəkət edir, qəfildən amerikanların skuterlərinə, və ya qayıqlarına qalxaraq onları məhv edirdilər”.
S.Hüseynov özü də bir neçə dəfə bilavasitə döyüş əməliyyatlarına girməli olub. Bunların təsadüfdən baş verdiyini deyən S.Hüseynov əməliyyatlardan birində ölümdən döndüyünü söyləyir: “Bir dəfə amerikanlar bizim bir neçə kilometr arxamıza desant atmışdı. Mən bunu hiss etdim və bu barədə veytnamlı komandirə məlumat verdim. Amma o, amerikanların cəbhədən ən azı 60-70 km dərinliyə qüvvə atmasının mümkün olmadığını iddia etdi. O vaxt mən ətrafı meşə ilə, bir tərəfi isə çayla əhatələnmiş təpəliyin arasındakı boş sahədə düşərgə qrup 25 nəfərə təlim keçirdim. Arxa cəbhə olduğumuzdan bizə yalnız təlimdə istifadə üçün silah və sursat verilirdi. Axşamtərəfi mən qrupu düşərgədə yerbəyer edib gecə əməliyyatı üçün istirahətə buraxmışdım. Bu zaman çaya su gətirməyə gedən əsgərin qaçaraq gəldiyini və arxadan amerikan əsgərlərinin onu atəşə tutduğunu gördüm. Amerikanların nə qədər olduğundan xəbərsiz idim. Dərhal əsgərlər silahlandı. Qısa təlimat verib, güllədən maksimum səmərəli istifadə etməyi tapşırdım. İndi təsəvvür edin, amerikanların mövqeləri təpədəki meşəlikdə, biz isə açıqlıqda. Yaxşı ki əvvəlcədən təlim üçün düşərgədə səngərlər qazdırmışdım. Atışmağa başladıq. Gülləmiz qutrarmağa az qalmışdı, 7 əsgərim də ölmüşdü. Özümlə 5 əsgər götürüb, hava qaralanda amerikanların arxasına keçdim. Qəfil hücumla amerikan desantının üstünə çıxdıq və əlbəyaxa döyüşə başladıq. Mənimlə Malışev soyadlı bir rus zabit də vardı. Bir amerikan əsgəri mənə atəş açanda çaşıb əlbəyaxa olduğum öz əsgər yoldaşını vurdu. Həmin rus zabit də amerikalını. Döyüşümüz heç 5 dəqiqə çəkmədi, itkisiz, bir əsgərimi süngü yaralamaqla düşmənlərin işini bitirdik. Onların silahları ilə silahlanıb, digər desant qrupunun üzərinə hücum edərək, onları çayın sahilindəki sıldırım qayalıqlara sıxışdırdıq. Gecə saat 3-dək döyüş oldu. 10 nəfəri cənublular olmaqla ümumilikdə 21 düşmən diversantını öldürmüşdük. Əsir götürdüyümüz bir zabit isə dedi ki, artıq onlara bizim düşərgə bəlli olub və düşərgəmizi məhv etmək tapşırığı alıblarmış”.
Həmin əməliyyatın sabahısı günü Vyetnam xüsusi əməliyyatlar briqadasının komandanı polkovnik rütbəli bir zabit (S.Hüseynov indi onun adını unudub) düşərgəyə gələrək həlak olanların dəfninə qatılır. Baş leytenant Sama kapitan rütbəsini təqdim edir. S.Hüseynov deyir ki, sovet ordusunun Azərbaycandakı hərbi hissələrindən birində xüsusi təlim keçmiş həmin zabit Sama Vyetnam ordusunun hərbi rütbəsi verilən ilk azərbaycanlı olduğunu deyib.
Bir dəfə də ön xətdəki tank əleyhinə silahların hazırlığını yoxlayıb geri qayıdan Sam və iki vyetnamlı zabit meşədə amerikan kəşfiyyatçıları ilə qarşılaşır. Əməliyyat çox az davam edir. Amerikanların kəşfiyyat manqası elə yerindəcə məhv edilir.
Müharibə, yoxsa soyqırım?
S.Hüseynov müharibənin gedişində ABŞ ordusunun törətdiyi qətliamların sayagəlməz olduğunu deyir. Hətta bu gün də o qətliamları unutmadığını deyən keçmiş zabit hesab edir ki, amerikanların dəstək verdikləri Vyetnamın cənubunda belə nüfuz qazana bilməməsinə səbəb özbaşınalıqları və qətliamları olub. Bu gün dünyaya demokratiyadan danışan amerikanların Vyetnamda törətdiklərinin soyqırım olduğunu düşünən S.Hüseynov ABŞ təyyarələrinin bombardmanları nəticəsində onlarla vyetnam kəndinin tamamilə yer üzündən silindiyini, bu kəndlərin yerində yalnız tüstülənən insan parçalarının və bomba çuxurlarının qaldığını deyir.
“Müharibənin sonlarına yaxın idi. 1973-ü ilin əvvəlləri olardı. Cənubi Vyetnamın, səhv etmirəmsə, Buon bölgəsində məni xüsusi əmrlə döyüşən qruplarından birinə idarəedici təyin etmişdilər. Artıq partizan əməliyyatları deyil, açıq döyüşlər gedirdi. İdarəedici olaraq mən komandirə məsləhət verir, döyüşü idarə etməyi başa salırdım. Bizim tabor vaxtı ilə 400-500 nəfər əhalisi olmuş bir qəsəbəyə girdi. Amerikan əsgərləri bir gün əvvəl o qəsəbəni alsalar da döyüşsüz tərk etmişdilər. Qəsəbədəki 150-160 kişini, ondan artıq uşağı güllələmiş, başını kəsib öldürmüşdülər. Qəsəbədəki bütün cavan qızlar və gəlinləri, hətta 8-9 yaşlı qız uşaqlarını belə zorlamışdılar. Reyncerlər kişiləri toplayıb quyuya və ya evə doldurur, iki-üç qumbaranı bir birinə bağlayıb əsirlərin arasında partladır, onları toplu şəkildə qətlə yetirirdilər. Amerikanlar geri çəkildikcə vaxtı ilə onların tərəfində olan vyetnam kəndlərini də məhv edirdilər. Məğlubiyyətlərindən psixoloji sarsıntı keçirən amerika əsgərlərinə dislokasiya ərazilərində istədiklərini etməyə icazə verilirdi. Bunu bizə əsir götürdüyümüz insanlar da deyirdilər”.
Sam deyir ki, müharibənin ən dəhşətli anlarından biri amerikanların napalm bombalarından və zəhərli bombalardan istifadə etməsi olub. Napalm bombalarının tətbiqi nəticəsində böyük kəndlər tamamilə yanaraq külə dönüb. Zəhərli bombalardan isə dağlıq ərazilərdə, mağaralarda və cəngəlliklərin dərinliklərində gizlənmiş veytnamlı partizanlara qarşı istifadə ediblər. Azərbaycanlı zabitin sözlərinə görə, 1970-ci ilin əvvəllərinədək müharibədə öz dəhşətli cəza metodları ilə məşhur olan bir amerikalı serjant olub. Bir neçə kəndi bütünlükdə şəxsi heyətinə qətlə yetirtdirən, əsir aldığı vyetnamlılara amansız cəza verən, tutduğu ərazilərdə qızları zorlatdıran bu serjant 1970-ci ilin oktyabr ayında vyetnam əsgərləri tərəfindən ələ keçirilir. Qəddarlığı ilə məşhur olan həmin şəxsi yalvar-yaxarına baxmayaraq Vyetnam əsgərləri iti uclu payaya keçirir. Beləcə bir gün qalır. Axşamı digər amerikalılara dərs olsun deyə, vyetnam əsgərləri kənddən müvəqqəti çəkilsə də əraziyə gələn amerikanlar öz serjantlarının meyidinə sahib çıxmır.
Qələbə üçün vahimə
S.Hüseynov vyetnam əsgərlərinin də savaşda qəddar metodlardan istifadə etdiklərini qeyd edir. Onun sözlərinə görə, vyetnam ordusunda SSRİ-nin köməyi ilə yaradılmış bir bölük olub. Ailəsi, uşağı, yaxınları amerikanlar tərəfindən öldürülmüş insanlardan seçilərək formalaşdırılan bu bölük bilavasitə açıq əməliyyatlara qatılmayıb. Bölük, təyinatına uyğun olaraq, düşmənin arxasında diversiya əməliyyatları həyata keçirərək psixoloji cəhətdən düşmən qüvvələrini zəiflədib. Müharibədən sonra isə həmin bölüyün sağ qalan bütün şəxsi heyətinin dəli olduğu və psixoloji müəssisələrdə saxlanıldığı bildirilir.
“Bu bölük bir neçə on kilometr arxada, və ya qarşı tərəfin ən önəmli qüvvələrinə qəfil hücumlar edirdi. Onlar heç vaxt əsir götürməz, ələ keçirdiklərini ən dəhşətli işgəncələrlə öldürər, yalnız bir nəfərə bütün bu dəhşətləri göstərərək buraxardılar. Bununla da qarşı tərəfdə ən dəhşətli işgəncələr fikrini yaratmağa nail oldular. Onlar istirahət vaxtlarında belə əsirlər üzərində eyni cəza üsullarını sınaqdan çıxarar, bundan ləzzət alardılar”, - deyə S.Hüseynov əlavə edib. Onun sözlərinə görə, məhz bu dəhşətlər hesabına müharibə zamanı yüzlərlə amerikalının və cənublu əsgərin ordudan yayınmasına, amerika ictimaiyyətini müharibə əleyhinə qaldırmağa nail olunub. Müharibədən sonra bu dəhşətləri görmüş minlərlə keçmiş amerikan əsgəri ya dəli olub, ya da intihar edib.
Zabit kimi qayıtdılar
Səməd Hüseynov SSRİ-yə 1975-ci ilin may ayında geri qayıdıb. Aprel ayının 30-da Sayqonun tutulması ilə Vyetnam qələbə çalır. Müharibə bitir və ölkənin şimal və cənubu bu günkü Vyetnam Sosialist Respublikası olaraq birləşir. May ayının 27-də bu ölkədə xidmət edən sovet zabitlərindən ilk 120 nəfər təntənə ilə, bu dəfə zabit mundirində vətənə yola salınır. Yola salınmazdan əvvəl onlara Vyetnam ordusunun komandanlığı tərəfindən mükafatlar təqdim olunur. S.Hüseynov da mükfatlandırılan zabitlərdən olur. Ona Vyetnam ordusu tərəfindən verilən hərbi rütbənin Sovet ordusunda da keçərli olacağı bildirilir. S.Hüseynov deyir ki, onunla bir hərbi hissədən Vyetnama gedən 6 zabitdən 2 nəfər həlak olmuş, bir nəfə isə yaralanaraq geri qayıtmışdı. SSRİ-dən bir yerdə Vyetnama kənd təsərrüfatı mütəxəssisi olaraq gedən zabitlərin də öləni, yaralananı var idi.
S.Hüseynov onu da deyir ki, geri qayıdanda vaxtı ilə Vyetnama “xəstələndiyi” üçün getməyən erməni zabit Karayanın təlim zamanı əlində qumbaranın partlaması nəticəsində öldüyünü eşidib.
Hazırda Beynəlmiləl Vyetnam Müharibəsi İştirakçıları Cəmiyyətində təmsil olunan azərbaycanlı S.Hüseynov bu gün də Vyetnamda Sam kimi xatırlanır. Onun hazırladığı zabitlər Vyetnam Silahlı Qüvvələrində sonradan yüksək vəzifələrə yüksəlib. Bu gün Vyetnamın hərbi məktəblərində dərs keçənləri də var.
Rəşad Süleymanov
[email protected]

1636