Subasma zonasında dezinfeksiya işləri aparılacaq
Səhiyyə Nazirliyinin müvafiq qurumları bölgədə sanitar nəzarəti gücləndirib
Yaxın günlərdə subasmaya məruz qalmış ərazilərdə yoluxucu xəstəliklər arta bilər. Xüsusin isti yay mövsümündə bu təhlükənin artma ehtimali ciddi narahatlıq doğurmağa başlayıb. Müvafiq dövlət qurumları isə gözlənilən təhlükənin qarşısının alınması üçün lazım hazırlıq işlərinə başlandığını elan edib.
Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət idarəsinin rəisi Viktor Qamımov Lent.az-a bildirib ki, təbii fəlakətin baş verdiyi zonalarda su çəkilən kimi bütün ərazilərdə dezinfeksiya işləri aparılacaq.
Subasma zonasında ilanların çoxalmasına, yoluxucu xəstəliklərin arta biləcəyinə gəlincə, Viktor Qasımov bu barədə danışmağın hələ tez olduğunu deyib. Onun sözlərinə görə, subasma zonasında su çəkilməmiş bölgədə sanitar vəziyyətlə bağlı hansı fəsadlar olacağını proqnozlaşdırmaq çətindir: “Bununla belə, gözlənilən vəziyyətə qarşı profilaktik tədbirlər üçün lazımi hazırlıq işlərinə başlanıb. Hazırda bizim briqadamız Sabirabad rayonundadır. Artıq Şirvan şəhərində yeni salınan çadır şəhərciyində dezinfeksiya işləri aparılıb. 25 nəfərdən ibarət dəstə isə Sabirabad rayonundadır və su çəkilən kimi orada da dezinfeksiya işləri aparılacaq”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, səhiyyə naziri subasma zonasında sanitar nəzarətin gücləndirilməsinə dair mayın 7-də xüsusi əmr imzalayıb. Həmin əmrə əsasən, sel basmış ərazilərdə tibbi-profilik tədbirlər bütün kəndləri əhatə edəcək. Onun sözlərinə görə, nazirin əmrindən irəli gələn tələblərin yerinə yetirilməsi üçün respublika Gigiyena və Epidemiologiya mərkəzi müvafiq tədbirlər planı hazırlanıb. Hazırda həm sanitar həkimlər, həm də epidemioloqlar subasma zonaların ezam olunub.
Ziyəddin Kazımov bildirib ki, təbii fəlakət zonasında, o cümlədən çadır şəhərciklərinin ərazisinin sanitar-gigiyenik xarakteristikası öyrənilib: “Həm də orada keçirilən tədbirlərdə bizim mütəxəssislərimiz də yaxından iştirak edirik. İndi gözləyirik ki, fəlakət zonalarında suyun daşmasının qarşısı alınsın, su basmış ərazilərdə sular çəkilsin və bundan sonra müvafiq qaydada dezinfeksiya işləri keçiriləcək. Həmçinin həmin ərazilərdə entomoloji araşdırmalar aparılır. Yəni entomoloji xəstəliklərin qarşısının alınması məqsədilə araşdırmalar aparmaq üçün bizim mütəxəssislərimiz həmin ərazilərdədir”.
Şöbə müdiri deyib ki, hazırda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri Şirvan, Salyan, Sabirabad, Zərdab rayonlarında, habelə Kürboyu ərazilərdəki yaşayış məntəqələrində yerli mütəxəssisləri ilə birgə qabaqlayıcı tədbirlər görür. Onun sözlərinə görə, fəlakət zonasında sular çəkiləndən sonra yoluxucu xəstəliklərin baş verməməsi üçün lazımi tədbirlər görülür: “Profilaktik tədbirlər üçün kifayət qədər dərman preparatları, o cümlədən dezinfeksiyaedici preparatlar var. Həmçinin malyariyaya qarşı dərman təchizatı da təmin olunub. Bundan başqa laborator xidmət də gücləndirilib”.
Ziyəddin Kazımov vurğulayıb ki, təbii fəlakət bölgəsində əhalinin istifadə etdiyi içməli suda hər gün bakterioloji analizlər aparılır. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Onun sözlərinə görə, bu günədək subasma zonasında vətəndaşların yoluxucu xəstəliklərə tutulması halları qeydə alınmayıb.
Elxan SALAHOV

602