Azərbaycanda qadın sonsuzluğu artır
8 ildə qadın sonsuzluğunun səviyyəsi hər 100 min nəfər hesabı ilə 17,9-dan 37,7-yə qalxıb
Bu il BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) Bəyannaməsinin qəbul edilməsinin 10 ili tamam olur. MİM-in hədəfləri sırasında 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə, ana ölümü əmsalının isə ¾ dəfə azaldılması da var.
Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev “Ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda 2015-ci ilin sonunadək həm 1 yaşınadək uşaqlar arasında ölüm hallarının, həm də ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə nail olmaq hədəfi qoyulub. (2007-ci ildə inkişaf etmiş sənaye ölkələrində 1 yaşadək uşaq ölümü əmsalı 5, ana ölümü əmsalı isə 8 olub).
Azər Mehtiyev son illər ölkədə həyata keçirilən, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına bu və ya digər dərəcədə təsir göstərən hallardan da danışıb. Onun sözlərinə görə, dövlət büdcəsindən “Səhiyyə” bölməsinə ayrılan vəsaitin məbləği 2000-ci illə (40,9 milyon manat) müqayisədə 2009-cu ildə (402,4 milyon manat) 9,8 dəfədən çox artıb: «Lakin dövlət səhiyyə xərcləri hələ də ÜDM-in 1 faizini ötmür. 2009-cu ildə adambaşı səhiyyə xərcləri təqribən 56 dollar olub, halbuki Ümumdünya Səhiyyə Təşkilatı bunun minimum 150 dollar olmasını tövsiyə edir».
Ekspert deyib ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın məqsədi əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bu proqramın reallaşdırılmasına dövlət büdcəsindən 2007-2009-cu illər ərzində 15,2 milyon manat ayrılıb. 2010-cu ildə 2,9 milyon manat ayrılacaq. Amma onun fikrincə, aparılan tədqiqatlar son illər ölkədə qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarının artması tendensiyasını göstərir. Belə ki, ilk dəfə diaqnozu müəyyən edilmiş xəstələr üzrə qadınlarda bədxassəli yenitörəmələr hər 100 min nəfər hesabı ilə 2000-ci ildə 60,0 olubsa, 2008-ci ildə 87,4-ə qalxıb. Qadınların hər 100 min nəfəri hesabı ilə aktiv vərəm xəstələrinin sayı 2000-ci ildəki 32,7-dən 2005-ci ildə 18-ə düşmüşdüsə, 2008-ci ildə 24,3-ə qalxıb. Qadın sonsuzluğunun səviyyəsi (hər 100 min nəfər hesabı ilə) 2000-ci ildəki 17,9-dan 2008-ci ildə 37,7-yə yüksəlib.
Azər Mehtiyev bildirib ki, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilə bilinməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Onun sözlərinə görə, erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir.
Elxan SALAHOV

890