Sən kimsən, kamikaze? - ARAŞDIRMA
Şərqin əsrarəngiz silahı, ölümü silah bilən bəşər, bəşərə ölüm dərsi verən fədai...
…Şərti olaraq kamikaze (bəribaşdan deyək: bu söz yapon dilində məhz bu cür də yazılır - kamikaze) adlandırdığım bu hadisəyə insanlığın vəhşi üzü, bəşəriyyətə yad meyl kimi baxmağın tərəfdarı deyiləm. İnanın, ən azından bu cümlələri yazıb başa çatdırana qədər mən də özümdə ölümə hazırlaşan samuray kimi ərdəmlik duydum. Elə bil yazı yazmıram, torpedoya oturub özümü hansısa düşmən gəmisinə çırpmağa gedirəm… Və hiss edirəm ki, artistlik eləmirəm…
Kamikaze Hamlet
“Mən özümü həsbi-halın ən şirin anında cənnətdən ayrılaraq həyatın amansız tufanı arasına atılan zavallı kimi hiss edirəm. Qarşıda iki yol var: ya bu şərəfsiz taleyin üstünə gedib ölümdən qisas alırmış kimi özümü onun ağuşuna atmalı, ya da həyatın mənim üçün hazırladığı cəhənnəm əzablarına boyun əyərək yaşamağa davam etməli”.
Tələbəlikdən sevdiyim alman şairi Fridrix Hölderlinin yunanların azadlıq mübarizəsini əks etdirən romanından dəstəsi qoyun sürüsü kimi dağılışdığından döyüş meydanında tək qalan qəhrəmanın düşüncələridir. Sonda deməli olduğumu əvvəldən demək kimi çıxmasın, ancaq etiraf etməliyəm ki, mövzumuzla bağlı indiyədək oxuduqlarımı saf-çürük eləyəndə ağlıma birinci dünya ədəbiyyatının sonsuz nümunələrindən ikisi gəldi. Biri artıq qulluğunuza ərz etdiyim Hölderlinin romanı, o biri də Şekspirin “Hamleti”. Görün qəhrəmanlar necə də oxşar düşünürlər:
Olum, ya ölüm! Sual bax budur…
Taleyin amansız zərbələrinə
Müti bir qul kimi dözümmü, yoxsa
Üsyanmı qaldırım silahlanaraq?
Ya qələbə çalım, ya da məhv olum?
Bəli, mövzumuz məni indiyə qədər oxuduqlarıma təzədən baxmağa vadar elədi. İnsan övladı belədir. İntihar, özünü qurban vermə, fədailik, terrorçuluq, terrorçu-kamikaze, kamikaze və digər müxtəlif sözlərlə ifadə olunan bu olay yalnız ilk baxışdan çoxunda təəccüb, qorxu, mərhəmət, qəzəb və sair kimi hisslər doğurur. Əslində, sadalananlar bizim hər birimizə çox doğmadır. Şərt o deyil ki, belinə bomba bağlayıb ya qatarın dəmir təkərlərini, ya da hansısa siyasinin, ictimai xadimin boynunu qucaqlayıb kimisə o dünyalıq edəsən və o dünyalıq olasan. Şərt ondadır ki, bu dünyanın milyonlarla insanı əslində, hər gün, hər saat, hər dəqiqə, hər an özünü nəyəsə qurban edir, klassik irsin Hamleti kimi özünə “olum, ya ölüm” sualını verir. Hər adam bütün həyatı boyu neçə dəfələrlə ya “şərəfi”, ya “ölümü” seçməli olur. Özünüz deyin, Hamletin atasının qisasını almaq üçün düşüncələriylə verdiyi mücadilə kamikazeliyə aparan yolun başlanğıcı deyilmi? Şekspirin Hamletinin şərəfi ölümdən yüksəkdə tutan kamikazedən nəyi əskikdir? Məhz buna görə mən şərti olaraq kamikaze adlandırdığım bu hadisəyə insanlığın vəhşi üzü, bəşəriyyətə yad meyl kimi baxmağın tərəfdarı deyiləm. İnanın, ən azından bu cümlələri yazıb başa çatdırana qədər mən də özümdə ölümə hazırlaşan samuray kimi ərdəmlik duydum. Elə bil yazı yazmıram, torpedoya oturub özümü hansısa düşmən gəmisinə çırpmağa gedirəm… Və hiss edirəm ki, artistlik eləmirəm…
Canım sənə sadağa…
Özünü fəda etmə, yaxud kamikazelik bəşər tarixində ayrı-ayrı fərdlərin, qrupların, yaxud bütöv xalqların və dövlətlərin taleyində dəfələrlə görünüb. Tövrat rəvayətlərindən başlayaraq ayrı-ayrı obrazlarda kimə və nəyə görəsə özünü qurban vermə hallarıyla qarşılaşsaq da, tarixdə kütləvi kamikazelər hazırlayan hansısa birinci və pioner təşkilatın adı dəqiqliyi ilə bizə bəlli deyil. Bizim əlimizdə yalnız ayrı-ayrı hadisələr və faktlar var. Məsələn, Misir məmlüklərindən müharibələrdə kamikaze kimi yararlanırdılar. Yaxud 16-cı əsrdə Tomas Münser hərəkatı zamanı onun kəndlilərdən ibarət qoşununda, müasir terminlə desək, kamikazelərin olduğu barədə müasirlərin yazıları var. Yəni, ən müxtəlif xarakterə, temperamentə, əqidəyə məxsus insanlar, yaxud xalqlar eyni çılğınlıqla müəyyən ictimai-siyasi şərtlərin yaratdığı mühitdə çox rahat şəkildə özünü fəda etmə xüsusiyyətini büruzə verə bilər. Uzağa getməyək, yenə almanlar İkinci Dünya Müharibəsinin son anlarında “Selbstopfermanner” adlı kamikaze dəstəsi hazırlamışdılar və komandanlıq Berlinin müdafiəsində tam tərkibdə də olmasa, müəyyən qismdə bu dəstənin xidmətindən yararlandı. Bütün bunlarla belə, özünü fəda etmənin həm fərdi, həm də qrup halında nümunəsinə təbii ki, Qərbdə deyil, Şərqdə rast gəlinir. Yəni, ilk sistemli qrup orta əsrlərdə məhz Şərqdə yaranıb. Fərdlərin ruhlarını narahat etmədən keçək qrupda, yaxud qrup naminə özünü fəda hallarına. Daha dəqiqi, bunların ən ad çıxarmışına…
Ömər Xəyyamın terrorçu dostu
XI əsrin əvvəllərindən ismailiyyə təriqətində başlayan parçalanmalar sonda təriqətin radikal qolunun – nizaritlərin yaranmasınə səbəb oldu. Artıq XI əsrin sonunda nizaritlər indiki Suriyanın, Livanın, İraqın və İranın dağlıq ərazilərində mərkəzi Ələmut qalası olan dövlət qurdular. Onu da qeyd edək ki, ərəb xilafəti tərəfindən amansız təqiblərə məruz qaldıqlarından nizaritlər mübarizələrində terror aksiyalarından xüsusi məharətlə və həvəslə istifadə edirdilər. Belə danışılır ki, təriqət tərəfdarları terrordan qabaq həşişdən istifadə etdiklərindən onları “həşişçilər” adlandırırdılar və bu adlanma sonradan Avropada yanlış olaraq “assasinlər”, yəni “qatillər” kimi işlənməyə başladı.
Həsən inb Səbbahın rəhbər olduğu assasinlərin gizli cəmiyyətlərində sərt idarəetmə və iyerarxiya mövcud idi. Xorasanda doğulan Həsən ibn Səbbah şair və mütəfəkkir Ömər Xəyyamla, məşhur dövlət xadimi Nizam əl-Mülklə bir yerdə təhsil alıb, cavanlıqdan dostluq eləyib. Sonralar Alp Arslanın vəziri olan Nizam əl-Mülkün köməkliyi ilə ibn Səbbah yaxşı vəzifə alsa da, intriqa ilə məşğul olduğundan saraydan uzaqlaşdırılır və həbsə atılır. Onun edamı günü şəhərdə böyük bir məscid uçduğundan Səbbahın oğlu müqəddəs insan kimi azad edilir. Həsən ibn Səbbah bundan sonra özünün məlum assasinlər ordusunu qurmağa başlayır. Bu cəmiyyətdə aşağı təbəqəyə məxsus sıravi assasin özündən yüksəkdə dayanan sahibinin hər əmrinə sözsüz tabe olmalıydı.
Yerdə “cənnət bağı”
Vaxt ötdükcə cəmiyyət üzvləri yalnız inama və əqidəyə görə ölümə getdiklərinə inanmağa başladılar. Hansısa terror aksiyasından qabaq fədai adlanan assasini “cənnət bağı” deyilən bir məkana gətirir, burada beynini həşişlə dumanlandırır və görəcəyi işə hazırlayırdılar. Bu yeri ziyarət eləyən məşhur venesiyalı səyyah Marko Polo sonralar Həsənin yaratdığı cənnət guşəsi haqqında yazırdı: “İki dağ arasındakı bu vadidə dünyanın ən gözəl gülləri, ağacları əkilmişdi. Parkın hər tərəfində müxtəlif arxitekturalı binalar, qızıl, xalça və ipək parçalarla bəzədilmiş köşklər inşa edilmişdi. Bura gələnləri oxuyub-çalmağı bacaran gözəl qızlar qarşılayırdılar. Onların naz və işvə satmaqda tayları olmazdı. Qısası, Həsən burada Məhəmmədin möminlər üçün vəd etdiyi cənnəti yaratmışdı. “Cənnətə” düşən gənc assasinlər burada narkotiklə ilə havalandırılır və bir neçə günlük “cənnətdən” sonra ağalarının yanına qayıdırdılar. Buranı görəndən sonra onlar mütiliklə Həsənin cənnət vədiylə ölümə hər an hazır olurdular”.
Əbdul Rəhman Dəməşqli isə özünün “Yalançılıq sənəti” əsərində Həsən ibn Səbbahın cürbəcür fırıldaqlarından yazır. Məlum olur ki, “dağların sahibi” təkcə “cənnət nağılı” ilə deyil, həm də müxtəlif gözbağlayıcı üsullarla, ilğımlarla assasinlər arasında özünün tanrı obrazını yaratmağa nail olurmuş. Məhz buna görə də, hər an onun əmrinə müntəzir 70 minlik assasinlər ordusu İrandan Skandinaviyaya qədər bütün dövlətlərin hökmdarlarının qorxulu röyası idi. Ağ paltarlı, qırmızı qurşaqlı bu adamlar üçün qalalar, keçilməz dağlar, saysız-hesabsız mühafizəçilər maneə deyildi. “Dağların qocası” ömrünün sonuna qədər – assasinlər ordusunu yaratdığı gündən 34 il ərzində qəsrini tərk eləməsə də, hər yerdə görən gözü, qılınc tutan əli vardı. Özü də bu sədaqət Həsənin ölümündən sonra da davam elədi. Bir dəfə üsyan qaldıran assasinlərin sultana tabe olması dəvətiylə qəsrə elçi gəlir. Rəhbər cavab əvəzinə elçinin yanında qəsrin hündür bürcündə keşikdə dayanan iki assasinə deyir: “Özünüzü aşağı atın!” Hər iki fədai özünü qaladan aşağı tullayır. Rəhbər elçiyə deyir: “Mənim bu cür 70 min qoşunum var. Bu da mənim sultana cavabım”.
Assasinlərin bitməyən sonu
1256-cı ildə monqolların məhv elədikləri assasinlərin əsrlər sonra hələ də mövcud olmaları haqqında kifayət qədər faktlar var. Məsələn, XIX əsrdə belə bir fikir yayılmışdı ki, assasinlərin bir qismi Hindistana qaçaraq orada irsən qatil olan taqi nəslinin əsasını qoyublar.
Bu gün də assasinlər haqqında real tarixi faktlarla yanaşı xeyli sayda uydurma olaylar, həmçinin rəvayətlər danışılır. Bəzi tədqiqatçılar Həsən tərəfdarlarının adlarını hətta bəşəriyyətin ən ağlagəlməz terror aksiyalarında və qətllərdə çəkirlər. Bu fikirlərə inansaq, məlum olur ki, assasinlər Tomas Ceffersondan siyasi rəqiblərini aradan götürmək kimi sifarişlərə, İspaniyada kralları taxtdan salmaq kimi tapşırıqlara cəlb olunublar. Guya, hətta Birinci Dünya Müharibəsinin başlanmasına səbəb olan şahzadə Frans Ferdinandın qətlinin sifarişini belə almanlardan assasinlər alaraq icra ediblər. Hələ bunlar harasıdır? Onların adları Con Kennedinin, Avraam Linkolnun qatilləri olaraq çəkilir.
Yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyim Həmid Herisçinin əksər hallarda mistikayla izah eləməyə çalışdığı və bu məqamlarda həddən artıq ifrata vardığı fikrində olsam da, onun assasinlərlə bağlı mülahizələrinin oxucularda maraq doğuracağına inanıram. Ona görə də, dostumun müsahibəsindən bəzi parçaları təqdim etməkdən şərəf duyuram.
Herisçinin mistikası
Onun fikrincə, Fədai İran Xalq Könüllü Ordusunun tarixi 11-ci əsrə gedib çıxır və assasinlər əslində, elə İran fədailəridir: “Bu məktəbin kökləri İran təfəkkürünün dərinliklərində gizlənmiş bir psixoloji arxetiplə əlaqədardır - onu “xilaskar əsgər” rəmziylə işarələsək, daha düzgün olar. Şiə ruhaniyyatı, alimləri bu xalq əsgərini “Əli əsgər”, “Şahi Mərdan” ismi altında da tanıyır, bu əsgərin mənəvi qaynağını Qeyb aləmində axtarırlar…”.
“…Bu ordu qədim zamanlardan bəri hər bir İran şəhərində mövcud olduğu kimi indi də özünü qoruyub saxlayıb. Lazımi vaxtda bu ordu İranda həmişə inqilablar törədib, zalım şahları taxt-tacdan məhrum edib…”.
Beləliklə, Herisçinin təqdimatında assasinlərlə bağlı daha bir versiya ilə tanış oluruq. Məlum olur ki, müxtəlif siyasi cərəyanlara məxsus olsalar da, fədailər, yəni 11-ci əsrdən Həsənin tərəfdarları olanların davamçıları Ələmut qalasının ənənələrini, Həsən ibn Səbbahın vəsiyyətini qoruyub saxlayırlar. Həmid hesab edir ki, Səttarxanın, Pişəvərinin fədailəri də elə həmin o fədailərdir ki, dayanıblar. Ancaq burada xırda olmayan yanlışlıq var…
Çünki assasin hadisəsinə dövrün şərtlərindən təcrid olunmuş halda baxmaq, ibn Səbbahın əməllərinə sırf bir fərdin təriqəti kimi yanaşmaq tarixi hadisələrə simvolik baxışdan savayı bir şey deyil və bizi subyektivizmə yuvarlayır. Məsələ bundadır ki, ibn Səbbahın mübarizəsi və həyatı prinsip etibarilə İranı idarə eləyən səlcuqlara qarşı yönəlmişdi. Toğrul bəyin, Alp Arslanın və Məlik şahın dövründə İrana və kiçik Asiyaya köçən səlcuqlar ata yurdlarında olduğu kimi burada da heyvandarlıqla məşğul olaraq döyüşçü kimi qaldılar. Səlcuq hökmdarlar dövlətin idarə olunmasında mənəvi məsələləri ərəblərə, mülki məsələləri isə savadlı farslara etibar etdilər. Lev Qumilyev “Xəzər ətrafında minillik” əsərində bunu etnik kseniya adlandırır və yazır ki, etnoslar təşkilatlanmış antisistemlə qarşılaşanda böyük çətinliyə düşürlər. Səlcuqlar da istisna deyil. Bu baxımdan, Qumilyev tamamilə haqlı olaraq Həsən ibn Səbbahın Ələmut qalasına çəkilməyini səlcuqlarla farslar arasında mövcud olan ziddiyyətdə axtarır. O hesab edir ki, ibn Səbbahın birinci növbədə dostu Nizam əl-Mülkü öldürtməsinə də yalnız qisasçılıq kimi yox, səlcuqlara işləyən farslara qarşı repressiyanın tərkibi kimi baxmaq lazımdır. Təsadüfi deyil ki, sonrakı illərdə güclü səlcuq dövlətinə və ordusuna qalib gələ bilməyəcəyini başa düşən Həsən ibn Səbbah 30 il ərzində ən bacarıqlı və ağıllı səlcuq əmirlərini hədəfə götürür. İbn Səbbah qatillərini yalnız belə məmurların üstünə göndərir və onları aradan götürürdü. Bir dövlətdə nə qədər bacarıqlı əmir ola bilərdi ki… Öldürülən əmirlərin yerini təbii ki, fərasətsizlər tuturdular. Dəqiq hədəfi olan bu soyqırım 50 ildən sonra nəticəsini verdi və Səlcuq imperiyası bir-biri arasında didişən əmirliklərə bölündü...
(Davamı var)
İlham TUMAS
[email protected]

886