Magistraturaya qəbul adambaşına maliyyələşmə əsasında aparılacaq
Hazırda Nazirlər Kabineti müvafiq nazirliklərlə birgə dövlət sifarişi üzrə yerlərin sayını müəyyənləşdirir
“Bu il bakalavr pilləsi ilə yanaşı, ali məktəblərin magistraturasına da qəbul adambaşına maliyyələşməyə uyğun olaraq, dövlət sifarişi əsasında aparılacaq. Bu zaman daha yüksək bal toplayan namizədlər dövlət hesabına təhsil ala biləcəklər”.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul qaydalarına dair keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, hələ dövlət sifarişi əsasında magistraturaya qəbul planı hələ müəyyənləşməyib. Onun sözlərinə görə, hazırda bu məsələnin üzərində İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Nazirlər Kabineti və digər müvafiq nazirliklər çox ciddi iş aparırlar: “Həmin yerlər müəyyən edildikdən sonra biləcəyik ki, bu il magistraturaya qəbul olmaq üçün hansısa ixtisas üzrə tutaq ki, 5 yer verilib. Həmin ixtisas üzrə ən yüksək nəticə göstərən bakalavrlar istədiyi ali məktəbi seçə biləcək. Bu zaman onlara aid olan maliyyə vəsaiti mülkiyyət formasından asılı olmayaraq, bakalavrın seçdiyi ali məktəbə göndəriləcək. Halbuki, indiyədək bu yerlər universitetlər arasında paylanırdı”.
Məleykə Abbaszadə bildirib ki, yüksək bal toplayaraq dövlət sifarişi əsasında təhsil almaq hüququ qazananlar özəl universitetləri seçsələr belə, onların təhsil haqqını dövlət ödəyəcək: “Yeni mexanizm belədir ki, yüksək bal toplamış namizədlər hansı universiteti seçirlərsə-seçsinlər, onların təhsil haqqını dövlət verəcək. Belələri “Qafqaz” Universitetini, “Xəzər” Universitetini seçə bilər. Həmin universitetlərdə təhsil haqqı yüksəkdir. Amma orada təhsil də kifayət qədər yüksəkdir. Lakin indiyədək abituriyentlər, bakalavrlar həmin universitetlərini ixtisaslarını seçmirdilər. Çünki onlar tələb olunan təhsil haqqını ödəyə bilmirdilər. İndi isə bu fərmanın tətbiqi nəticəsində bilik və bacarıqları yüksək olan gənclərin imkanları genişlənir. Bu, çox mütərəqqi addımdır və ali təhsil sahəsindəki islahatlarda çox böyük rol oynayacaq”.
Elxan SALAHOV

583