Pensiya islahatı üçün yeni təkliflər
Bu təkliflər “gizli iqtisadiyyatın” və insanların real qəlirlərinin önəmli hissəsinin leqallaşması ilə nəticələnə bilər
“Azərbaycanda pensiya yaşının artırılmasının ən mənfi cəhəti odur ki, yaxın zamanda hər bir insana əməyinə görə qiymət verilməyəcək. Həmçinin fəaliyyətdə olan qanunvericilik işləmək qabiliyyəti olmayan ahıl adamlara vaxtından əvvəl sosial pensiyaya çıxmağa imkan vermir. Xaricdə işləyənlər isə o halda pensiya ala biləcəklər ki, həmin ölkə ilə Azərbaycan arasında müvafiq müqavilə imzalanmış olsun. Başqa ölkəyə gedən və Azərbaycan vətəndaşlığından imtina edən şəxslər pensiyadan məhrum edilirlər.”
Lent.az-ın məlumatına görə, Milli Büdcə Qrupunun üzvü, professor Fuad Rəsulov İqtisadi Tədqiqatlar Mərkəzi “Azərbaycan Respublikasında mövcud pensiya sistemi və islahatlar” adlı dəyirmi masadakı çıxışında belə deyib. Onun sözlərinə görə, pensiyaların sığorta hissəsinin inflyasiyaya uyğun olaraq indeksləşdirilməsi büdcəyə əsaslandığından gərginliyə səbəb olur. Pensiya islahatlarının mənfi cəhətlərinin biri isə işəgötürənləri vergilərin və sosial vergilərin düzgün ödənilməsinə stimullaşdırmaması ilə bağlıdır.
Bununla belə, Fuad Rəsulov pensiya yaşının qaldırılmasının bir neçə müsbət tərəfinin olduğunu da söyləyib. Onun fikrincə, pensiyaların hesablanması formulu xeyli sadələşdirilib və yeni model daha çox sığorta istiqamətli modeldir. Həmçinin pensiyanın həcminin işçinin təkcə iş stajından deyil, onun real gəlirlərinin həcmi və işəgötürənin ödədiyi sığorta ödəmələrindən asılı olması da müsbət cəhətlərdəndir: “Pensiya yaşının artırılması əhalinin əmək fəaliyyəti ilə məşğul olması imkanını yüksəldəcək və müəyyən zamanda pensiyaya çıxanların sayı azalacaq. Bunu da müsbət cəhət kimi saymaq olar”.
Xatırladaq ki, “Əmək pensiyası haqqında” qanuna əsasən, pensiyalar üç hissəyə bölünür: baza, sığorta və yığım hissəsinə. 2009-cı ildə isə bu qanuna ciddi dəyişiklik və əlavələr olunub. Belə ki, kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Həmçinin əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilə qaldırılıb. Dəyişikliklərdən sonra çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları da azaldılıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri yaxın gələcəkdə pensiya sistemində köklü və müsbət dəyişiklikləri şərtləndirən tədbirlərin reallaşa biləcəyini mümkün sayırlar. Bu məqsədlə hazırlanan təkliflərdə əmək və vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi və yeni sosial vergi tariflərinin hazırlanması tövsiyə olunur. Bu isə həm işəgötürənlərin sosial vergiləri tam həcmdə ödəməsinə, həm də işçilərin özlərinin məsuliyyətinin artmasına kömək edə bilər. Təklif olunur ki, sosial vergilərin həcmi 25 faizdən 18 faizə endirilsin. Həmçinin iştirakçıların (işəgötürən və işçilər) sosial vergilər ödənişində paylarının 50-50 nisbətində dəyişməsi təklif olunur.
İqtisadçı ekspertlər hesab edirlər ki, bu addımların nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asıllığı və büdcənin yükü təxminən 8-10 ildən sonra xeyli azala bilər. Bu, həm də ölkədəki “gizli iqtisadiyyatın” və insanların real qəlirlərinin önəmli hissəsinin leqallaşmasına səbəb olar, qeyri-büdcə sahəsində çalışan şirkətlərin öz işçilərinin sosial təhlükələrdən sığortalanmasında maraqlarını artırar və onları sosial vergiləri ödəməyə stimullaşdırar.
Tədbirdə çıxış edən millət vəkili Vahid Əhmədov isə bildirib ki, pensiyanın baza hissəsi ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılmadığı halda pensiya sistemində hansısa islahatlardan danışmaq mümkün deyil: “Bu gün Pensiya Fondu dövlət büdcəsindən yarım milyard manat alırsa, bu məbləğ ildən-ilə artırsa, belə olan halda hansı islahatdan söhbət gedə bilər? Bu, çox ciddi problemdir.”
Millət vəkili deyib ki, qanunvericiliyə edilən son dəyişikliklər çoxuşaqlı qadınların pensiya təminatı sahəsindəki imtiyazlarını birmənalı şəkildə ləğv edib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 5 uşağı olan anaların sayı barmaqla sayıla biləcək qədər azdır: «Buna görə də hesab edirəm ki, bu islahat Azərbaycan əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına deyil, daha da pisləşməsinə aparıb çıxaracaq. Dörd ildir biz Milli Məclisdə məsələ qaldırırıq ki, özəl pensiya fondları yaradılsın. Vaxtilə sığorta sahəsində də bir qurumun inhisarçılığı var idi. Özəl şirkətlərin yaranmasına icazə verilən kimi bu sahə sürətlə inkişaf etdi, əhalinin da sığortaya inamı getdikcə artır. Fikrimcə, pensiya fondları ilə bağlı da eyni addım atılsa, daha uğurlu nəticələr əldə olunacaq.”
Vahid Əhmədov pensiya təminatı sahəsində dövlət qulluqçuları və digər kateqoriyalara xüsusi imtiyazların verilməsinin sosial ədalətsizlik olduğunu deyib. Onun həmkarı Nazim Məmmədov isə pensiya sistemində islahatların davam etdirilməsi, özəl pensiya fondlarının yaradılması işinin sürətləndirilməsi zəruriliyini qeyd edib.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri İdris İsayev pensiya islahatları barədə qərarların uzun müddətli müzakirə və hesablamalardan sonra qəbul edildiyini bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların əksəriyyəti, o cümlədən Dünya Bankının özü Azərbaycanın pensiya sistemindəki islahatları təqdir edir.
Fondun nümayəndəsi onu da qeyd edib ki, Azərbaycanda demoqrafik problem yoxdur: “Ölkəmizin əhalisi gənc yaşlıdır, indi Azərbaycanda orta yaş 28-dir. Son illərdə Azərbaycanda pensiyaya çıxan qadınların 45-50 faizini 3-4 uşaqlı qadınlar təşkil edib. Çoxuşaqlı qadınlara inkişaf etmiş ölkələrin heç birində imtiyaz verilmir.”
Elxan SALAHOV

1607