"Bavariya" "Bayer"in əsas ulduzunu 100 milyona alacaq
28 sentyabr 2024 10:23 (UTC +04:00)

"Bavariya" "Bayer"in əsas ulduzunu 100 milyona alacaq

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz "Bavariya"nın hədəfinə çevrilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Münhen komandası futbolçunun qiymətinin 2025-ci ilin yayında “Bayer”in onun üçün tələb etdiyi 150 milyon avrodan 100 milyon avroya düşəcəyini gözləyir. “Bayern” rəhbərliyi Virtzi çox sevir. Onunla "Real Madrid"in də maraqlandığı qeyd edilir.

Virtz 2020-ci ilin yanvarından “Bayer”də oynayır. Onun müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir. Bu mövsüm o, klubda səkkiz oyunda 7 qol vurub və iki məhsuldar ötürmə edib.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378
avatar

Oxşar yazılar