"Avtoş"luq edib videosunu yayan saxlanıldı
28 sentyabr 2024 12:48 (UTC +04:00)

"Avtoş"luq edib videosunu yayan saxlanıldı

Tərtərdə "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən 26 yaşlı Kənan Tağızadə saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, o, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntülərini həmçinin sosial şəbəkələrdə yayıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar