Rusiyalı pilotların olduğu helikopter  qəzaya uğradı: 6 nəfər  öldü
28 sentyabr 2024 16:53 (UTC +04:00)

Rusiyalı pilotların olduğu helikopter qəzaya uğradı: 6 nəfər öldü

Pakistanın şimalında 3 rus pilotun olduğu Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində azı 6 nəfər həlak olub.

Lent.az bildirir ki, bu barədə “Anadolu” agentliyi Pakistan mediasına istinadən məlumat verib. 

Bildirildiyinə görə, çarter reysi həyata keçirən helikopter qəzası Pakistanın şimalında, Şimali Vəziristan bölgəsində, Əfqanıstan sərhədinə yaxın ərazidə baş verib. Helikopterdə təxminən 14 nəfər olub, onlardan ən azı altısı ölüb.

Ölənlər arasında Pakistan Hərbi Dəniz Qüvvələrinin iki zabiti və bir dənizçisi də var. Səkkiz yaralı, o cümlədən üç rus pilotu Birləşmiş Hərbi Hospitala yerləşdirilib.

Digət xəbərə görə, helikopteri neft kəşfiyyatı və hasilatı ilə məşğul olan Mari Petroleum şirkəti icarəyə götürüb.

Qəzaya helikopterin eniş cəhdi zamanı mühərrik nasazlığının səbəb olduğu güman edilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

Oxşar yazılar