Dünya Çempionatında yarış zamanı velosipedçi qız yıxılıb öldü
28 sentyabr 2024 14:33 (UTC +04:00)

Dünya Çempionatında yarış zamanı velosipedçi qız yıxılıb öldü

İsveçrəli 18 yaşlı velosipedçi Muriel Furrer 2024-cü il Dünya Çempionatında yeniyetmə qadınlar arasında qrup yarışı zamanı yıxılaraq faciəvi şəkildə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə sentyabrın 26-da baş verib.

Furrer ağır vəziyyətdə vertolyotla Sürix xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, dünən ölüb.

2024-cü ilin cari mövsümündə Muriel Furrer İsveçrə çempionatında iki gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501
avatar

Oxşar yazılar