2019-cu ildə kanadalı Ted Hastinqs qeyri-adi rekorda imza atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Kanadanın Ontario əyalətinin sakini rekord qırmaq üçün 260 köynək geyinməyi bacarıb.
Rekordçunun sözlərinə görə, 150-ci paltardan sonra etdiyi hərəkətin axmaqlıq olduğunu düşünüb. Buna baxmayaraq, o dayanmayıb və daha 110 köynək geyinib.
Bu qədər formalı köynək geyə bilmək üçün Hastinqs kiçikdən böyük ölçülərə keçməli olub.
Rekordun qırılması inanılmaz ölçülü sonuncu ölçü 20XL olub.
Qeyri-adi rekord qıran Hastinqs bunun nəticəsində təhsil müəssisələrindən birinə vəsait toplamağa nail olub.