Belarusun növbəti prezidenti  kim ola bilər? – Lukaşenkodan AÇIQLAMA
27 sentyabr 2024 21:12 (UTC +04:00)

Belarusun növbəti prezidenti kim ola bilər? – Lukaşenkodan AÇIQLAMA

Belarus prezidenti Aleksandr Lukaşenko ondan sonra ölkəyə kimin rəhbərlik edə biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dövlət başçısı sentyabrın 27-də Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində Minsk mühəndis-texniki universitetlərinin tələbələri ilə görüşündə bu mövzuda danışıb.

Dövlət başçısı qeyd edib ki, indi ondan sonra ölkəyə kimin rəhbərlik edəcəyi barədə çox düşünür.

“Burada onların hamısı gözümüzün qabağında prezidentlərdir. Sizin rektorunuzdan tutmuş baş nazirə, parlamentimizin rəhbərlərinə qədər”, - Lukaşenko bildirib.

Lakin o, konkret kiminsə adını çəkə bilməyəcəyini etiraf edib.

“Düzünü desəm, bilmirəm. Amma görünənlərin hamısının özünəməxsus keyfiyyətləri var”, - prezident əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3087
avatar

Oxşar yazılar