"Hizbullah" Həsən Nəsrullahın  ölümünü təsdiqlədi - YENİLƏNİB
28 sentyabr 2024 15:48 (UTC +04:00)

"Hizbullah" Həsən Nəsrullahın ölümünü təsdiqlədi - YENİLƏNİB

“Hizbullah” hərəkatı Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə təşkilat yaydığı bəyanatda açıqlayıb.

***
12:12

İsrail ordusu "Hizbullah" terror təşkilatının rəhbəri Həsən Nəsrullahın öldürüldüyünü açıqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, rəsmi açıqlamaya əsasən o, cümə günü Beyrutun Daahiya məhəlləsində təşkilatın yeraltı qərargahına dəqiq hava zərbəsi endirilən zaman öldürülüb.

Hərbçilərin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr yaşayış binasının altında yerləşən və İsrailə qarşı hücumları əlaqələndirmək üçün istifadə edilən obyektə zərbələr endirib. Hücum zamanı əsas Hizbullah komandirləri, o cümlədən təşkilatın cənub cəbhəsinin komandiri Əli Kərxi və digər yüksək səviyyəli üzvləri qərargahda olub. Bu əməliyyatların Nəsrullahın rəhbərlik etdiyi qruplaşmanın uzun illər davam edən terror fəaliyyətinə cavab olduğu qeyd olunur.

Xatırladaq ki, Həsən Nəsrullah 30 ildən artıq Hizbullah lideri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar