İsrail "Hizbullah"ın mərkəzi qərargahına BELƏ ZƏRBƏ VURDU -VİDEO
27 sentyabr 2024 20:53 (UTC +04:00)

İsrail "Hizbullah"ın mərkəzi qərargahına BELƏ ZƏRBƏ VURDU-VİDEO

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına zərbələr endirib.

Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət öncə İsrail ordusu Beyrutdakı Daahi şəhərinin mərkəzində yaşayış binalarının altında yerləşən “Hizbullah” terror təşkilatının mərkəzi qərargahına hücum edib”, - məlumatda deyilir.

“Al Hadath” telekanalının bildirdiyinə görə, zərbələrin hədəfi hərəkatın baş katibi Şeyx Həsən Nəsrullah ola bilər.

“Axios” portalının məlumatına görə isə, İsrail hərbçiləri hazırda Beyruta endirilən zərbələr nəticəsində Şeyx Həsən Nəsrullahın öldüyünü təsdiq edə bilmir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar